Ukrayna desant qüvvələri daha bir bölgədən Rusiya ərazisinə girdi...
Ukraynanın döyüşçüləri Rusiya ilə sərhədin daha bir hissəsini yarıblar. Bu haqda məlumatı Ukraynanın Silahlı Qüvvələrinin Hava Desant Qoşunları Komandanlığının rabitə idarəsi yayıb.
Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələrinin 95-ci Əlahiddə Hava Desant Briqadasının bölmələri Rusiya sərhədinin hissələrindən birini yarıblar. "Bu, Rusiyanın Kursk vilayəti ərazisində əməliyyat başlayandan bəri Rusiya sərhədinin yarılmasında artıq ikinci uğurlu əməliyyatıdır” – bəyanatda deyilir.
Ukraynalı hərbçilərin müdafiə xəttində girişləri necə kəsdiyini və hava desant bölmələrinin Rusiya ərazisinə necə daxil olduğunu göstərən video yayıblar. Həmçinin, videoda sərhədyanı bölgədə hava-desant qoşunlarının tankçılarının rusların dayaq məntəqəsini darmadağın etdiyi toqquşmalar göstərilib.
Ancaq məlumatda Rusiya sərhədinin hansı hissəsindən bəhs edildiyi açıqlanmır.
TAHİR