"Xankəndidə növbəti məktəbin açılması gözlənilir" - nazirdən açıqlama
"İlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir." Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.
Mətləb