"Bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığımız var" - Ərdoğandan açıqlama
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı ürk evini ziyarət edərkən fikirlər səsləndirib. Türkiyə lideri bildirib ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin ABŞ-yə yanaşması və yüksək səviyyəli dialoqumuz dəyişməyəcək.
O bildirib ki, Türkiyə NATO-nun əsas üzvlərindən biridir: “Eyni zamanda, Avropa İttifaqına üzvlüyə namizəd ölkəyik. Qərb dünyası ilə əlaqələrimizi gücləndirməklə yanaşı, Şərqdən də uzaqlaşmırıq. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi qurumlarla əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atmışıq”.
Mətləb Salahov