Şröder Rusiyanın məğlub ola biləcəyinə inananlara tarixə baxmağı tövsiyə etdi...
Almaniyanın keçmiş kansleri, Rusiya prezidenti Putininin yaxın dostu Gerhard Şröder Ukrayna müharibəsi ilə bağlı maraqlı açıqlama verib.
Şröder 2022-ci ildə Türkiyədə aparılan danışıqlar nəticəsində Rusiya və Ukraynanın sülhə çox yaxın olduqlarını, ancaq Zelenskinin arxasında duran “nüfuzlu dairələrin” bu sülh təşəbbüsünün qarşısını aldığını deyib.
Şröder Rusiyanın məğlub ola biləcəyinə inananlara isə tarixə nəzər salmağı tövsiyə edib.
Keçmiş baş nazir bildirib ki, Türkiyədə aparılan danışıqlarda əldə olunan plana əsasən, Ukrayna Donbasa nəzarət edəcəkdi və Krım üçün “Cənubi Tirol həlli” variantı tətbiq ediləcəkdi. Bu həll variantı Krımın Rusiyadan asılı region olaraq qalmasını nəzərdə tuturdu və Ukraynanın isə NATO-ya daxil olması bu plana daxil edilməmişdi.
Şröderin sözlərinə görə, Zelenskinin arxasında duran güclü dairələr müharibənin davam etməsinin Rusiyanı zəiflədəcəyini düşünərək sülh istəmədilər. Hazırda Şröder sülhə ümidlərini Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışında görür və Trampın Avropanın qayğısına qaldığına inanır.
TAHİR