Berdıməhəmmədov Paşinyana məktubunda "aramızda qarşılıqlı etimad" ifadəsi işlətdi...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun Ermənsitanın baş nazirinə və prezidentinə göndərdiyi məktubla bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır:
"Türkmənistan prezidenti Berdıməhəmmədovun Ermənistanın baş naziri və prezidentinə göndərdiyi təbrik məktubunda işlətdiyi "aramızdakı qarşılıqlı hörmət və etimad" ifadəsi çox düşündürücüdür. Görəsən Ermənistanla Türkmənistan arasında "qarşılıqlı etimad" nəyin sayəsində yaranıb? Türkmənlər Ermənistanın anti- Türkiyə və anti- Azərbaycan siyasətinə etimad edir? Ya Ermənistan Türkmənistanın hələ də Türk Dövlətləri təşkilatının üzvü olmamasından məmnundur?....
Türkmənistanın ümumtürk inteqrasiyasından məsafə saxlaması heç yaxşı niyyətə oxşamır. Bu türk dövlətini Ermənistanla məhrəmləşdirən nədir?...."
Mətləb