KÖHNƏ VERSİYA            

Rusiyanın “beşinci kolonu” Ermənistan üçün “Donetsk ssenarisi” hazırlayır...

Image

“Təəssüf ki, beşinci kalon həm dövlət idarəetmə sistemində, həm də parlamentimizdə hələ də geniş şəkildə təmsil olunur”. Bu fikirlər Ermənistanın “armenianreport” portalında yer alıb. 

Portal qeyd edir ki, Ermənistanda “beşinci kolon”un – Rusiyaya işləyən və onun maraqlarına xidmət edən daxili düşmənlərin mövcud olması barədə dəfələrlə deyilsə də durum dəyişməyib: “Bizim kiçik məmləkətimizin, demək olar ki, hər bir sakini açıq və ya bacarıqsız şəkildə müəyyən şüarlar arxasında gizlənənlərin, Rusiyaya işləyən və ya işləməkdə davam edənlərin adlarını bilir. Bunlar hamısı ikinci və üçüncü prezidentlər dövründən olan məmurlar, deputatlardır. Bunlar Köçəryan və Sarkisyanın özləridir. Və daha kiçik fiqurlar da var. Məsələn, elə Andranik Tevanyan. Rusiyayönlü “Ana Ermənistan” müxalifət blokunun lideri  olan bu şəxs son vaxtlar bir çox soydaşlarımızın üzünü demokratik dünya ictimaiyyəti qarşısında qızardıb. Və bunun bir səbəbi var. Zarafat deyil – özünü “Ana Ermənistan” müxalifət blokunun lideri adlandıran Rusiyayönlü “beşinci kolon”un bu mənfur nümayəndəsi bir neçə əlaltısı ilə birlikdə Donetskdə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə səfər edib. Təsəvvür edin, “Sputnik-Armeniya”, “RİA Novosti” və digərlərinin həyəcanla xəbər verdiyi kimi, “yerli parlamentarilərlə görüşən” bu əclaf “Donetsk Xalq Respublikası”na baş çəkib. “Bu, görünməmiş səfərdir, çünki əvvəllər Ermənistandan heç bir siyasi nümayəndə heyəti “Donetsk Xalq Respublikası”na səfər etməyib. Səfərimizlə Ermənistanda Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsini müdafiə edən qüvvələrin olduğu mesajını veririk”, - deyə Tevanyan jurnalistlərə bildirib. “Birgə görüş zamanı Ermənistan nümayəndə heyətinin üzvləri və “Donetsk Xalq Respublikası” parlamentariləri əlaqələrin inkişafının vacibliyini vurğuladılar, həmçinin Ermənistanda Ukrayna kimi mənfi nəticələrin inkişafının qarşısının alınması ilə bağlı fikir mübadiləsi apardılar”, - Rusiya KİV-i yazır. Tevanyanın hərəkətləri əsl pislikdir. Şəxsən bizim də yüz minlərlə soydaşımız kimi, sadəcə olaraq, başqa sözüm yoxdur. Bizi, erməniləri, Ermənistanımızı o rüsvay etdi, dünya ictimaiyyətinə yaraşmayan şəkildə təqdim etdi. Axı bütün demokratik dünya Rusiyanın təcavüzü ilə üz-üzə qalan Ukraynaya fəal şəkildə yardım etdiyi bir vaxtda Ermənistandan olan erməni soyadlı bir şəxs Rusiyanın işğalı altında olan Donetskə açıq səfər edir və hətta oradan hansısa mesaj göndərməyə cəsarət edir. Deyir ki, guya Ermənistanda “erməni-rus münasibətlərinin gücləndirilməsinin tərəfdarı olan qüvvələr var”. Bu, ABŞ və Aİ-nin bizə demokratikləşmə üçün böyük maliyyə tranşları ayırdığı, Avropa ilə viza rejiminin liberallaşdırılması prosesinin getdiyi və ümumilikdə Ermənistanın Aİ-yə daxil olması məsələsinin gündəmə gətirildiyi bir vaxtda baş verir. Bunlar fonunda belə bir iyrənc zərbə...

Bununla belə, korrupsioner bir şəxsdən, Köçəryanın əlaltısından başqa nə gözləmək olardı? Axı o, 2021-ci ildə Köçəryanın “Hayastan” partiyalar blokunun siyahısı ilə Milli Məclisə daxil olub. Alma isə ağacdan uzağa düşmür - Köçəryan da, Sarkisyan da özlərinə uyğun deputatlar toplayıblar. Həmin deputatlar eyni manqurtlar, rusiyapərəstlər, ruslar başlarına sığal çəkdiyinə görə özlərini və Ermənistanı satmağa hazır olanlardır. Əmr etsələr, ana-bacılarını, arvadlarını rusların altına qoymağa hazırdırlar. Axı, yaşlarına baxmayaraq, onlar hələ də Moskvadan gələn əmrləri yerinə yetirməyə öyrəşmiş qısa şalvarlı oğlanlardır. Təəssüflər olsun ki, ölkəmizdə hələ də belə iyrənclər kifayət qədərdir. Paşinyan 6 ildən artıqdır ki, bütün dövlət qurumlarını onlardan təmizləyir, amma orada hələ görüləsi işlər çoxdur. Xoşbəxtlikdən, hökumət ordusunu “beşinci kolon”dan təmizləməyə nail oldu. Paşinyanın vaxtilə aydınlaşdırdığı kimi, orduda “beşinci kolon” dedikdə, o öz hərəkətlərində və ideyalarında öz dövlətinin siyasətindən daha çox, başqa ölkələrin yeritdiyi siyasətə üstünlük verən insanlar toplusunu nəzərdə tutur. Və burada mübahisə etmək çətindir - ordumuzda Köçəryana və Ohanyana şəxsən sadiq olan və Moskvanın əmri ilə işləməyə hazır olan kifayət qədər orta və yuxarı rütbəli zabitlər yox idimi? Onlar bütün bu illər ərzində çalışıblar. 

Bəli, Paşinyan ordunu çox təəssüf ki, çox gec təmizlədi. Ancaq heç olmamaqdansa, gec olmaqdan yaxşıdır. Təəssüf ki, “beşinci kolon” həm dövlət idarəetmə sistemində, həm də parlamentimizdə hələ də geniş şəkildə təmsil olunur. “Hayastan” və “Şərəfim var” parlament blokunun üzvləri nə qədər dəyərlidir? Haranı qazsan, rus casusu çıxacaq. Tarixi geri qaytarmaq üçün onları Milli Məclisə sıxışdıran Köçəryan və Sarkisyan olub. Onlarla isə hələ də ölüm-dirim mübarizəsi ilə qarşılaşırıq. Əgər bizi məğlub etsələr, o zaman Ermənistan öz gələcəyini itirəcək, bizi yenidən Moskvanın boğucu qucağına sürükləyib Tevanyanın baş çəkdiyi əclaf qurumun simasına çevriləcəyik. Köçəryan, Sarkisyan, Ohanyan, Tevanyan və digər Moskvayönlü insanların Ermənistanda gələcəyi olmamalıdır - nə siyasi, nə də ki, fiziki olaraq. Yalnız daxildən rusiyapərəst təsirin aradan qaldırılması ilə biz kürəyimizdən bıçaq qorxusu olmadan demokratik millətlər ailəsinə qoşula biləcəyik”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031