Kobaxidze Gürcüstana ABŞ sanksiyalarının arxasındakı qüvvələri açıqladı - günahkar Dövlət Departamenti deyil, onlardır...
ABŞ-nin sanksiyalarına münasibət bildirən Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, buna görə günahkar Dövlət Departamenti deyil, ABŞ-da rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir.
Hökumət başçısının qeyd etdiyi kimi, sanksiyalar və viza məhdudiyyətləri ilə bağlı bəyanat rəsmi olaraq Dövlət Departamentinin adından yayılıb, müvafiq olaraq, gürcü tərəfi də Dövlət Departamentinə cavab verəsi olur.
“Bizdə bu bəyanatların hansı təsirlərin nəticəsi olduğuna dair təxminlərimizdən daha çox şey var, lakin rəsmi olaraq bu bəyanatın ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılması faktdır, bu da bizim üçün çox məyusedicidir, çünki biz bu halda Dövlət Departamentinə cavab verəsi oluruq. Buradaca deyirik ki, günahkar Dövlət Departamenti deyil, ABŞ-da rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir. Müvafiq olaraq, biz ABŞ-ı deyil, oliqarxik təsirləri günahlandırırıq, təəssüf ki, konkret qurumlarda ədalət onun qurbanına çevrilib” – baş nazir qeyd edib.
TAHİR