Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə COP29-a hazırlığı müzakirə etdi
COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.
Bu barədə COP29-un rəsmi "X" sosial hesabında paylaşım edilib.
Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və kənd təsərrüfatı sektorlarında davam edən və planlaşdırılan proqramları həmçinin COP29-a hazırlıq müzakirə olunub.
NAMİQ