Paşinyan Köçəryan və Ohanyanı damlamaqda qərarlıdır - sabiqlərə yeni cinayət işi açıldı
Ermənistan Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryana, sabiq müdafiə naziri Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb.
Ermənistan mediası yazır ki, sentyabrın 12-də Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatası təqsirləndirilən Robert Köçəryan, Seyran Ohanyan və başqaları ilə bağlı İrəvan Şəhər Məhkəməsinin qərarını ləğv edib.
Kassasiya Məhkəməsi bəyan edib ki, hazırkı şəraitdə birinci instansiya məhkəməsinin Robert Köçəryan, Seyran Ohanyan, baş nazirin keçmiş müavini Armen Gevorkyan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov barəsində başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərar qanunsuzdur.
Konstitusiya Məhkəməsi prokurora təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət vermək səlahiyyəti verib.
ZÜMRÜD