Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “mygov” platfotmasının təqdimatında bir sıra fikirlər səsləndirib. Nazir müavini qeyd edib ki, “mygov” vasitəsilə vətəndaşlar bir neçə kliklə şəxsi məlumatlarına daxil ola, yeniləyə, vacib bildirişləri izləyə, bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir.
“Məqsədlərimizə uyğun olaraq ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15 faizinin rəqəmsal formaya keçməsini hədəfləyirik”, - nazir müavini bildirib.
Mətləb Salahov