Antoni Blinken Misir yolçusudur
ABŞ dövlət katibi Antoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Atı ilə ABŞ-Misir Strateji Dialoqunun açılışına həmsədrlik etmək üçün sentyabrın 17-də Misirə səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
Qeyd olunub ki, strateji dialoq ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və iqtisadi inkişafın dərinləşdirilməsinə, humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində əlaqələrin qurulmasına yönəlib.
Mətləb