Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı növbəti sui-qəsd cəhdinə görə prezident Cozef Bayden və vitse-prezident, prezidentliyə namizəd Kamala Harrisi ittiham edib.
Bu barədə “Fox News”a danışan Tramp onu “demokratiyaya təhdid” adlandıran prezident Bayden və vitse-prezident Harrisin ritorikasının ikinci dəfə ona sui-qəsd olunmasına səbəb olduğunu deyib.
Mətləb Salahov