Şənbə günü, 19 iyul 2025
     

İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

Image

Elşən Manafov: "Rəsmi Londonun Bakıya münasibəti Avropa İttifaqının münasibətindən kifayət qədər fərqli olub"

Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib və ADA Universitetində mühazirə oxuyub. Bu barədə universitet rəhbərliyinin sosial şəbəkədəki nəşrindən məlum olub.

Riçard Murun səfərinin məqsədinin təkcə universitetdə mühazirə oxumaq olmadığı şübhəsizdir. Çox güman ki, o, beynəlxalq və regional məsələlərlə bağlı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Ehtimal kı, söhbət Rusiya və İranla münasibətlərdən, Zəngəzur dəhlizindən, Ukraynadakı müharibədən gedəcək. Diqqəti çəkən məqam həm də odur ki, Murun Bakıya gözlənilməz səfəri onun Londonda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib. Eyni zamanda Mur və Bernsün imzası ilə "Financial Times" qəzetində beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub. Həmin məqalədə Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri yazır: "Dünya nizamı bəşəriyyətin soyuq müharibədən bəri görmədiyi təhlükə ilə üz-üzədir".

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Mur Bakıya niyə gəlib? Ekspertlər bunu necə dəyərləndirir?

"Zəngəzur dəhlizi ətrafında mövcud mövqe fərqlərinin aradan qaldırılması yollarını muzakirə etmək..." 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: "Əvvəla, Azərbaycan üçün Birləşmiş Krallıqla münasibətlər strsteji əhəmiyyət kəsb edir. Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət rəhbərlərinin Britaniyaya olan 4 rəsmi və 7 işgüzar səfəri bunun bariz göstəricisidir. Münasibətlərin əsası mərhum prezident Heydər Əliyevin Britaniyaya olan rəsmi və işgüzar səfərləri zamanı, 1994-1998-ci illərdə qoyulub. Prezident Əliyevin Birləşmiş Krallığa bir neçə səfəri olub ki, onlar da dövlət və işguzar səfərlər çərçivəsində həyata keçirilib. Britaniya Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm verir. Onun ən böyük neft şirkəti BP-nin hələ "Əsrin kontraktı" çərçivəsində imzalanmış müqavilədə öz payı var və kifayət qədər böyükdür. BP isə Britaniyanın ən böyük vergi ödəyicilərindən biridir". 

Politoloqun fikrincə, Azərbaycan iqtidarının enerji və xarici siyasət sahəsində çoxşaxəli fəaliyyəti dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, digər dövlətlərlə də bu sahədə qarşılıqlı faydalı əməkdaşlığin inkışaf etdirilməsi və genişləndirilməsi üçün perspektiv imkanlar yaradır: "Regional təhlükəsizlik problemlərinin həllinə öz baxışı olan rəsmi Bakı bu sahədə region dövlətləri ilə münasibətlərə daha böyük önəm verir. Rusiya ilə münasibətlərin format və məzmunu isə, istisna deyil ki, regionda nüfuz dairəsinin genişləndirilməsi, bölgənin geosiyasi konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı məsələlərdə Qərbi regionun lider dövləti sayıla biləcək Azərbaycanla münasibətləri onun maraqlarına uyğun geosiyasi müstəvi üzərinə çıxarılmasına sövq edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Rusiya münasibətlərində olan dinamika, ölkə ərazisinə rus sülhməramlılarının dəvət olunması bizim Qərbdəki bəzi tərəfdaşlarımızı məmnun etməmişdi. Hətta Britaniyanın Azərbaycandakı səfiri 2021-ci ildə rus sülhməramlılarının beynəlxalq tərkibli sülhməramlılarla əvəz edilməsi təklifini vermişdi. Bu isə Britaniyanın ABŞ-la yanaşı bəlli hadisədən narazı qalmasının bariz göstəricisi kimi diqqəti cəlb edib. Britaniya anqlosaks dünyasının aparıcı dövləti olmaqla, ABŞ-la yanaşı, bir qayda olaraq, Rusiyanın Qafqaz, Mərkəzi Asiya,Yaxın və Orta Şərq siyasətində ona qarşı duran imperiya olub. Hazırda dünyanın yeni nizamının müəyyən edilməsi uğrunda gedən və qlobal səciyyə daşıyan mübarizədə də Britaniya ABŞ-la bahəm Rusiya və Qlobal Cənuba qarşı duran tərəfdir. Azərbaycanın yerləşdiyi region, onun İranla həmsərhəd olması, Əfqanıstana və Mərkəzi Asiyaya gedən tranzit yollarının üzərində durması, Xəzərin enerji resursları həmişə Britaniyanın, onun xüsusi xidmət, əks kəşfiyyat qurumlarının diqqət mərkəzində olub. Britaniyanın əks kəşfiyyatının rəhbəri Riçard Mur zamanında Birləşmiş Krallığın Türkiyədə səfiri olaraq çalışıb. Türkiyə siyasi elitası, şəxsən Ərdoğanla münasibətləri var. Onun Bakıya səfəri zamanı bu amildən yararlanmaq üçün əvvəlcədən müvafiq tədbirlər gördüyünü istisna etməzdik. Əvvəla, Bakını Rusiya ilə münasibətlərdə Britaniyanı məmnun edə biləcək addımlar atmağa sövq etmək, Zəngəzur dəhlizi ətrafında mövcud mövqe fərqlərinin aradan qaldırılması yollarını muzakirə etmək, Türkiyənin Ermənistanla münasibətlərinin son vaxtlar normallaşdırılması üçün atılan addımlara rəsmi Bakının münasibətinə aydınlıq gətirməkdir. Eyni zamanda, İran və Mərkəzi Asiya ilə münasibətlərdə Qərbin geosiyasi gedişlərinə rəsmi Bakının perspektivdə necə yanaşacağına aydınlıq gətirməkdir. Qeyd etmək yerinə duşər ki, Rusiya faktoruna münasibətdə ciddi mövqe baxışlarının olmasına baxmayaraq, rəsmi Londonun Bakıya münasibəti Avropa İttifaqının münasibətindən kifayət qədər fərqli olub. Bu, 2-ci Qarabağ müharibəsi zamanı istər Birləşmiş Krallıq hökumətinin, istərsə də Murun rəhbərlik etdiyi əks-kəşfiyyat xidmətinin əməli fəaliyyətində özunu büruzə verib. Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Azərbaycanın maraqlarına cavab verməyən bir qətnaməni qəbul etmək istəyərkən onu bloklayan məhz Britaniya diplomatiyası olub. Bütövlükdə isə, Britaniyanın Azərbaycana olan simpatiyası onun dövlət maraqlarından qaynaqlanır".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910