KÖHNƏ VERSİYA            

NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

Image

Rusiya və NATO ölkələri arasında Ukrayna münaqişəsi ilə bağlı davam edən ziddiyyət dünyanı sürətlə nüvə müharibəsinə yaxınlaşdırmaqdadır. Hər halda, verilən açıqlamalar da bu qənaəti gücləndirir. 

Bunlar fonunda İngiltərənin “The Guardian” qəzeti hökumətdəki mənbələrə istinadla iddia edir ki, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə icazəsi verib, lakin bu barədə rəsmən bəyan edilməyəcək.

Qəzetin mənbələri iddia ediblər ki, “Storm Shadow” raketləri ilə bağlı müsbət razılaşma əldə olunmasaydı, böyük bir ehtimalla, Kiyevdə Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü də baş tutmazdı. “The Guardian” eyni zamanda vurğulayır ki, Lemmi bu barədə açıq bəyanat versəydi, onun sözləri təxribat kimi yozula bilərdi. Qəzetin məlumatına görə, düşünülməmiş və lüzumsuz hücumların baş verməməsi üçün Kiyevin raketlərdən istifadəsinə yenə də müəyyən məhdudiyyətlər qoyulacaq. Bunun ardınca ABŞ dövlət katibi Entoni Blinken  Volodimir Zelenski ilə görüşündə ona Kiyevin uzaqvuran silahlardan Rusiya ərazisinə zərbələrin endirilməsi üçün icazə istəyini prezident Co Baydenə yetirəcəyini vəd edib. Zelenski bu görüşlərdən sonra Entoni Blinken və Devid Lemmi ilə danışıqları məzmunlu və geniş adlandırıb. O bildirib ki, ən mühümü Ukraynanın arqumentlərinin nəzərə alınmasıdır: “Söhbət həm uzaqvuran silahlardan, həm cəbhə xəttindəki briqadaların təchizatından, həm də ədalətli sülhü yaxınlaşdırmağın ümumi strategiyasından gedir”. Bu arada Kreml bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya onun ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi icazəsi verərsə, Moskva buna “uyğun” cavab verəcək. “Reuters” agentliyi yazır ki, Moskva artıq belə bir icazənin verildiyini ehtimal edir. Bundan əvvəl xəbər verilmişdi ki, Bayden administrasiyası Kiyevə belə bir icazənin verilməsi üzərində işləyir. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə gündəlik brifinqində deyib ki, belə görünür, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün Ukraynaya icazə verib. Ukrayna təhlükəsizlik xidmətinin polkovniki, Ali Radanın deputatı, parlamentin təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko  bildirib ki, Ukraynaya təkcə vurma radiosu 300 kilometrədək olan ATACMS raketlərindən deyil, həm də daha uzaqvuran raketlərdən istifadə icazəsi veriləcək: “Belə bir cəbhədə 300 kilometr yaxşı operativ dərinlikdir, lakin bu, Rusiya ilə müharibədə bütün problemləri həll etməyəcək. Üstəlik bizim öz raket proqramımız fəaliyyətdədir. Mən ümid edirəm ki, yaxın gələcəkdə bunun nəticələrini görəcəyik”.   

Qeyd edilənlərə cavab olaraq, Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyevə uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilməsi NATO və Avropa dövlətlərinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. Sankt-Peterburqda jurnalistlərin suallarına cavab verən Putin bildirib ki, NATO ölkələri hazırda, sadəcə olaraq uzaqvuran silahlardan istifadə edilməsinə icazə verilməsini deyil, həm də əslində, münaqişəyə özlərinin birbaşa qoşulub-qoşulmaması məsələsini müzakirə edirlər. Rusiya prezidentinin sözlərinə görə bu raket sistemlərinə uçuş tapşırıqları texniki baxımdan yalnız NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən verilə bilər. Putin qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun xarakterini dəyişmiş olur: “Beləliklə Rusiya yaranmış təhdidlərdən çıxış edərək qərarlar qəbul etməli olacaq”. Bu arada Blinkenlə görüş zamanı Polşanın xarici işlər naziri Radoslav Tsikorski deyib ki, Moskva Ukraynada mülki obyektlərə hücumlar etməklə hərbi cinayətlər törədir və belə olan surətdə Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmaq icazəsi verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya Federasiyasının dərinliklərində yerləşən mühüm hərbi və strateji hədəflərə uzaqmənzilli raket zərbələri endirilməsi təhlükəsi realdır. Ukrayna Silahlı Qüvvələri hərbi logistikanı pozmaq və Rusiyanın ehtiyatlarının qarşısını almaq üçün strateji hədəflərə hücum etmək niyyətindədir. Kiyevə təhvil verilmiş yüksək dəqiqlikli silahlar haqqında açıq məlumatların təhlili belə qənaətə gəlməyə imkan verir ki, Rusiyanın dərinliklərində 560 km-ə qədər hədəflər vurula bilər. Məsələn, Bryansk vilayətinin sərhədinə yaxın Ukrayna ərazisindən buraxılan “Storm Shadow” raketi Moskva vilayətindəki obyektləri təhdid etmək gücündədir. “Storm Shadow” Ukraynanın Su-24M bombardmançılarından buraxılış üçün uyğunlaşdırılıb. Ukrayna Silahlı Qüvvələrində belə təyyarələr çox deyil, lakin mövcuddur. Raketdəki döyüş başlığının çəkisi demək olar ki, yarım tondur. O, saatda təxminən 1000 km sürətlə cəmi 30–40 m hündürlükdə hədəfə uçur və onu vurmaq çox çətindir. Kiyev bu silahlardan artıq 2023-2024-cü illərdə Donbas və Krımdakı hədəflərə qarşı istifadə edib. Hazırda Ukrayna Silahlı Qüvvələrində nə qədər “Storm Shadow” olduğu bilinmir. Qərb mətbuatının yazdığına görə, əvvəllər Kiyevə təhvil verilmiş “Storm Shadow” və Fransanın SCALP-EG raketi 250 km məsafə ilə məhdudlaşıb. Bu məhdudiyyətlər aradan qaldırılarsa, raketlər 560 km-ə qədər məsafədəki hədəfə uça biləcək.  Belə br vaxtda Birləşmiş Ştatlar Ukraynaya 370 km-ə qədər hədəf vurma diapazonuna malik AGM-158A JASSM qanadlı təyyarə raketləri tədarük etmək barədə razılaşmaya yaxındır. Hər birinin çəkisi yarım ton olan döyüş başlığı olan bu raketlərdən ikisini F-16 qırıcıları daşıya bilir. Artıq bir neçə belə təyyarə Ukrayna Silahlı Qüvvələrinə verilib. Bu vəziyyətəd Rusiyanın Ukrayna tərəfindən Qərbin iştirak etməsini əsas gətirirək taktiki nüvə silahlarına əl atması ehtimalı yüksəkdir. Elə bu da dünyanı nüvə savaşına yaxınlaşdırır.

Tahir  TAĞIYEV







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

COP-a bir ay qaldı - Xəzərdə fəlakət artır...

Bələdiyyələrin birləşdirilməsi yaxşı ideyadır - ancaq indiyədək əhalidən toplanmış pulların hesabatı necə veriləcək...

Azərbaycanın dünya üçün 14 təşəbbüsündən biri - "COP atəşkəsi"...

SON XƏBƏRLƏR

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Cərimələrin artırılması vəziyyəti dəyişə bilərmi?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:55
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:00
Bu ölkə 3 Fransa vətəndaşını deportasiya etdi - seçkiyə müdaxiləyə görə...

14.10.2024 | 10:36
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

14.10.2024 | 10:20
Rusiyada heyvanların sirkdə çıxış etməsi qadağan ediləcək

14.10.2024 | 10:15
Qazaxıstanda nə baş verir? -bu şəhərə Milli Qvardiya yeridilib

14.10.2024 | 10:10
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin direktoru gizli şəkildə Misirə gedib

14.10.2024 | 10:05
Sahibə Qafarova İsveçrəyə səfərə gedib

14.10.2024 | 10:00
İsmayıllıda yol qəzası olub, sürücü ölüb

14.10.2024 | 09:30
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - XƏBƏRDARLIQ

14.10.2024 | 09:26
Çində 6-cı Dünya Media Sammiti işə başlayıb - Azərbaycan da təmsil olunur

14.10.2024 | 09:17
İngiltərə və Yunanıstandan qələbə, Avstriya darmadağına sevindi

14.10.2024 | 09:11
Bu gün bu ərazilərdə qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

14.10.2024 | 09:09
ABŞ-da atışma olub - 9 nəfər yaralanıb

14.10.2024 | 09:07
Maştağada adam öldürməkdə şübhəli bilinən 21 yaşlı şəxs saxlanılıb

13.10.2024 | 23:39
Paşinyanın "Dünya kəsişməsi" layihəsi" şokolad kimi təqdim olunan zibilə bənzədildi...

13.10.2024 | 23:22
Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazanıb

13.10.2024 | 19:42
Polşadakı ABŞ bazasına Rusiya raketlərini vurmaq icazəsi verildi…

13.10.2024 | 19:30
“AZERRAIL” Avropa Kubokunun qalibi oldu

13.10.2024 | 17:28
Trampdan 3-cü Dünya müharibəsi xəbərdarlığı - yaxın 3-4 ay ərzində…

13.10.2024 | 16:50
ABŞ İranın mümkün hücumlarına qarşı İsrailə yeni müdafiə sistemi yerləşdirdi...

13.10.2024 | 15:26
Oktyabrın 26-da Gürcüstanda ən təhlükəli qüvvə erməni diasporu olacaq, azərbaycanlılar isə…

13.10.2024 | 14:53
İsrail ordusu Suriyaya girdi…

13.10.2024 | 14:06
İran ərəb ölkələrinin “Hizbullah” liderinin öldürülməsində əli olduğunu iddia etdi…

13.10.2024 | 13:25
BTQ Niderland parlamentinə çağırış etdi - hökumətinizi müstəmləkə cinayətlərinə son qoymağa çağırın

13.10.2024 | 13:08
İcma Ermənistandan azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışına şərait yaratmağı tələb etdi

13.10.2024 | 12:20
"Şuşada, Ağdamda, Qarabağda törədilən vandalizmi görmüşük" - ICESCO nümayəndəsi

13.10.2024 | 11:08
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

12.10.2024 | 20:12
88 yaşlı qadını aldadıb pullarını ələ keçirən dələduz yaxalandı - Nazirlik vətəndaşlara çağırış etdi

12.10.2024 | 19:31
Əliyevlə Putin müharibənin 80 illiyində Bakıya Qəhrəman şəhər adı üzərində razılaşıblar?...

12.10.2024 | 18:46
Çin-Özbəkistan dəmiryolu Türkmənistan və İran üzərindən Türkiyəyə yönəldilir - Azərbaycana bu pisliyin müəllifi kimdir?.

12.10.2024 | 18:29
Zəngəzur sərhəd məntəqələri ilə bağlı Putin - Paşinyan raılaşması prinsipcə Azərbaycanın ziyanına ola bilər...

12.10.2024 | 18:03
ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

12.10.2024 | 17:52
Berdimuhəmmədov Məhtimqulu-300 tədbirinə Ermənistan prezidentini də dəvət etdi...

12.10.2024 | 17:26
Azərbaycanda bələdiyyələrin 8 milyonluq borcu necə yaranıb? - Yükü dövlətin üstünə atmaq cəhdləri var…

12.10.2024 | 17:00
İran 4 ərəb ölkəsini təhdid etdi - hədəfə çevriləcəksiz

12.10.2024 | 16:28
Yardımlıda narkokuryer qohumlar saxlandı

12.10.2024 | 16:11
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirib

12.10.2024 | 15:23
XİN üçtərəfli bəyanatı təhrif edən Paşinyanın cavabını verdi - bunları heç kəs unutmayıb...

12.10.2024 | 15:07
Milli Məclis Niderland Parlamentinə bu ölkənin üz qızardan keçmişinı xatırlatdı...

12.10.2024 | 14:58
"Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir" -BƏYANAT

12.10.2024 | 13:30
Qələbənin 80 illiyində Bakının Qəhrəman şəhər adı gec də olsa özünə qaytarılmalıdır....

12.10.2024 | 12:37
Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs yaxalandı

12.10.2024 | 12:11
Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı

12.10.2024 | 12:05
Müdafiə naziri müşavirə keçirdi - sərhəddə əməliyyat şəraiti təhlil edildi

12.10.2024 | 11:16
Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb - sürücülərə XƏBƏRDARLIQ

12.10.2024 | 11:06
Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək

12.10.2024 | 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına təbrik məktubu ünvanlayıb

12.10.2024 | 11:00
"Yaprak dökümü"nün "Cevriye"si yeni serialda

12.10.2024 | 10:30
1,2 milyon livanlı qaçqın olub - Beynəlxalq Qırmızı Xaç Komitəsi

12.10.2024 | 10:20
Bu da baş verdi - Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək...

12.10.2024 | 10:15
Rusiya Ukraynanın şərqində “Şahid” dronları istehsal edəcək?

12.10.2024 | 10:06
ABŞ Dövlət Departamentindən QƏRAR - Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq silah satılacaq

12.10.2024 | 10:00
Bahalaşma Çini də "vurdu" - benzinin qiyməti yenə bahalaşdı...

12.10.2024 | 09:26
İndiyədək verilmiş "Halal" sertifikatlar ləğv olunur(?)

12.10.2024 | 09:19
“Boeing”-dən ŞOK QƏRAR - 17 000 iş yeri ixtisar edilir

12.10.2024 | 09:12
İsveç və Danimarka mediası COP29 barədə yazır

12.10.2024 | 09:06
Masallıda "Mercedes" piyadanı vurub öldürdü

12.10.2024 | 09:03
Türkiyə və Almaniya millilərindən kritik qələbə

12.10.2024 | 08:43
Universitetlərimiz bu gündədir - dünyanın ilk min universiteti arasında yoxuq…

12.10.2024 | 00:30
Niderland hakimiyyəti açıq şəkildə erməni terrorçuların müdafiəsinə qalxdı - Rəsmi Bakıdan sərt açıqlama...

11.10.2024 | 22:53
Sabiq nazir Oqtay Şirəliyev cərimələndi - səbəb...

11.10.2024 | 22:16
Daha bir hərbi komissar həbs edildi

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031