KÖHNƏ VERSİYA            

Ermənistan yola gəldi, İran yoldan çıxmır…

Image

Zəngəzur dəhlizi ilə bağlı vəziyyət getdikcə daha maraqlı xarakter almaqda, böyük güclərin bu məsələ üzərində getdikcə daha çox fokuslandığı müşahidə edilməkdədir. Daha bir maraqlı nüans odur ki, Ermənistanda dəhlizin açılmasının aktiv müzakirə olunduğu bir vaxtda İran tamamilə əks mövqe sərgiləməkdədir. 

Belə bir vaxtda Xankəndidən İrəvana qaçan separatçı Samvel Babayan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın xeyrinə olduğunu bildirib.

Babayan qeyd edib ki, Ermənistan Mehri yolunun açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək. Onun fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər: “Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək Ermənistanın əleyhinədir”. Erməni türkoloq Varujan Geqamyan isə vurğulayır ki, Ermənistanda Zəngəzur dəhlizinin reklamı aparılır. O deyib ki, aparılan təbliğatda dəhlizin Ermənistan üçün faydalarından bəhs edilir: “Hazırkı mərhələdə bu işə əsasən fərqli təbliğatçılar cəlb edilib, onlar isə ekspert adı daşıyırlar. Bu ekspertlər 1-2 ay əvvəl kilsəşünas, yarım il əvvəl isə hərbi mütəxəssis idilər”. Beynəlxalq məsələlər üzrə ekspert Qriqori Balasanyanın sözlərinə görə, Ermənistan ciddi təzyiqlərə məruz qalır, o cümlədən Qazaxıstan uranını Ermənistan və Türkiyədən keçərək Avropaya daşımaq üçün bu dəhlizə ehtiyacı olan Qərb də təsir vasitəsindən istifadə edir: “10 noyabr bəyanatının məntiqindən belə çıxır ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədçiləri arasında dayanmalıdır”. Ermənistanın baş naziri Nikol Paşinyan da parlamentdə çıxış edərkən yenə bu məsələyə toxunub. O, Ermənistanın nəzarəti altında dəhlizin açılmasının mümkünlüyünü bildirib: “Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.10 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. 10 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir”. Bunlar fonunda indi İran ortaya düşərək dəhlizi əngəlləməyə çalışır, xüsusən də Rusiyanın mövqeyini tənqid edir. Rusiya da bəyan edib ki, Azərbaycan və Naxçıvan arasında Ermənistandan keçməli olan nəqliyyat kommunikasiyasının açılmasına çağırışları Tehrandan acıqlı reaksiyaya səbəb olduqdan sonra İran tərəfinə öz mövqeyini izah edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə deyib: “Biz iranlı partnyorlarımızla daim əlaqədəyik. Biz bu məsələ barəsində onlara bütün zəruri izahatlarımızı çatdırmışıq. Biz belə düşünürük ki, arqumentlərimiz Tehran tərəfindən eşidilib və qəbul olunub”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da Ermənistanı sözügedən nəqliyyat kommunikasiyasının açılmasına mane olduğuna görə tənqid etməklə Tehranı acıqlandırmışdı. Lavrov bildirirdi ki, vasitəçiliyi Rusiya tərəfindən edilmiş üçtərəfli bəyanatı imzalamaqla İrəvan nəqliyyat kommunikasiyasının açılması üçün öhdəlik götürüb, amma indi bu razılaşmanı sabotaj edir. Bunun ardınca İran Xarici İşlər Nazirliyinin vəzifəli rəsmisi Müjtəba Dəmirçilu Qafqazda cərəyan edən prosesləri Rusiyanın Tehrandakı səfiri ilə müzakirə etmişdi. Nazirliyin bəyanatında deyilirdi ki, Dəmirçilu səfirə Tehranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı olduğunu çatdırıb. Bəyanatda bu da qeyd olunurdu ki, regiondakı bütün ölkələrin legitim narahatlıqları və maraqları nəzərə alınmalıdır. Zəngəzur dəhlizi kimi tanınan bu yol Ermənistanın Zəngəzur vilayətindən keçməlidir. İran isə israr edir ki, onun Ermənistanla yeganə sərhədi məhz bu vilayətdədir. İranın xarici işlər naziri Abbas Əraqçi X platformasında bu barədə yazmışdı: “Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərq və qərbdən edilən istənilən təhdidlər və sərhədlərin yenidən çəkilməsi İran üçün “qırmızı cizgiqdir”. İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib. Səfir vurğulayıb ki, İran çox güclü bir şəkildə buna qarşıdır: “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu, Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün, üzdəniraq dəhliz də daxil, müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək”. Bundan əvvəl İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib. Bunun ardınca İranın bir sıra millət vəkilləri və dövlətə bağlı mediaları Rusiyanı kəskin tənqid edirdi. Zaxarova Rusiya XİN-də keçirilən brifinqdə Moskvanın mövqeyinə haqq qazandırmağa çalışıb: “Aydındır ki, anti-Rusiya informasiya kampaniyasını ilhamlandıran müəyyən dairələr ən absurd imkanlardan da Moskva və Tehran arasındakı strateji partnyorluğu pozmaq üçün istifadə edirlər”. Rusiya XİN-in sözçüsü Zəngəzur dəhlizinin regionda geosiyasi vəziyyəti dəyişəcəyinə dair iddiaları da rədd edib: “Mövcud geosiyasi sərhədlərin guya dəyişəcəyinə və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaranacağına dair mediada dövriyyə edən iddialar həqiqətə uyğun deyildir”. Bəzi məlumatlara görə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  Sankt Peterburqda olan iranlı həmkarı Əli Əkbər Əhmədiana məhz bu barədə qarantiyalarını bildirib. Şoyqu Əhmədiana deyib ki, Moskva Tehranla bundan əvvəlki bütün anlaşmalarına sadiq qalır. Zaxarova da iddia edib ki, Rusiyanın bu məsələdəki mövqeyi dəyişməyib. O xatırladıb ki, Rusiya Ermənistanın yalnız 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini yerinə yetirməsini istəyir.

Samirə SƏFƏROVA







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

COP-a bir ay qaldı - Xəzərdə fəlakət artır...

Bələdiyyələrin birləşdirilməsi yaxşı ideyadır - ancaq indiyədək əhalidən toplanmış pulların hesabatı necə veriləcək...

Azərbaycanın dünya üçün 14 təşəbbüsündən biri - "COP atəşkəsi"...

SON XƏBƏRLƏR

14.10.2024 | 15:45
"Maxim" taksi şirkəti 20 min manat cərimələndi...

14.10.2024 | 15:24
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO/VİDEO

14.10.2024 | 15:20
Prezident bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi

14.10.2024 | 15:06
Sabirabadda vətəndaşın 135 min manatını ələ keçirən dələduz yaxalandı

14.10.2024 | 14:49
Xəzərdə 330 minlik qaçaq siqaret tutuldu

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Cərimələrin artırılması vəziyyəti dəyişə bilərmi?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 13:04
Кадыров объявил кровную месть сенатору Керимову. Опять армянский след - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:55
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:03
Ermənilər təşviş içində - Paşinyanın qəfil Moskva səfərinin səbəbləri... - CANLI

14.10.2024 | 11:00
Bu ölkə 3 Fransa vətəndaşını deportasiya etdi - seçkiyə müdaxiləyə görə...

14.10.2024 | 10:36
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

14.10.2024 | 10:20
Rusiyada heyvanların sirkdə çıxış etməsi qadağan ediləcək

14.10.2024 | 10:15
Qazaxıstanda nə baş verir? -bu şəhərə Milli Qvardiya yeridilib

14.10.2024 | 10:10
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin direktoru gizli şəkildə Misirə gedib

14.10.2024 | 10:05
Sahibə Qafarova İsveçrəyə səfərə gedib

14.10.2024 | 10:00
İsmayıllıda yol qəzası olub, sürücü ölüb

14.10.2024 | 09:30
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - XƏBƏRDARLIQ

14.10.2024 | 09:26
Çində 6-cı Dünya Media Sammiti işə başlayıb - Azərbaycan da təmsil olunur

14.10.2024 | 09:17
İngiltərə və Yunanıstandan qələbə, Avstriya darmadağına sevindi

14.10.2024 | 09:11
Bu gün bu ərazilərdə qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

14.10.2024 | 09:09
ABŞ-da atışma olub - 9 nəfər yaralanıb

14.10.2024 | 09:07
Maştağada adam öldürməkdə şübhəli bilinən 21 yaşlı şəxs saxlanılıb

13.10.2024 | 23:39
Paşinyanın "Dünya kəsişməsi" layihəsi" şokolad kimi təqdim olunan zibilə bənzədildi...

13.10.2024 | 23:22
Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazanıb

13.10.2024 | 19:42
Polşadakı ABŞ bazasına Rusiya raketlərini vurmaq icazəsi verildi…

13.10.2024 | 19:30
“AZERRAIL” Avropa Kubokunun qalibi oldu

13.10.2024 | 17:28
Trampdan 3-cü Dünya müharibəsi xəbərdarlığı - yaxın 3-4 ay ərzində…

13.10.2024 | 16:50
ABŞ İranın mümkün hücumlarına qarşı İsrailə yeni müdafiə sistemi yerləşdirdi...

13.10.2024 | 15:26
Oktyabrın 26-da Gürcüstanda ən təhlükəli qüvvə erməni diasporu olacaq, azərbaycanlılar isə…

13.10.2024 | 14:53
İsrail ordusu Suriyaya girdi…

13.10.2024 | 14:06
İran ərəb ölkələrinin “Hizbullah” liderinin öldürülməsində əli olduğunu iddia etdi…

13.10.2024 | 13:25
BTQ Niderland parlamentinə çağırış etdi - hökumətinizi müstəmləkə cinayətlərinə son qoymağa çağırın

13.10.2024 | 13:08
İcma Ermənistandan azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışına şərait yaratmağı tələb etdi

13.10.2024 | 12:20
"Şuşada, Ağdamda, Qarabağda törədilən vandalizmi görmüşük" - ICESCO nümayəndəsi

13.10.2024 | 11:08
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

12.10.2024 | 20:12
88 yaşlı qadını aldadıb pullarını ələ keçirən dələduz yaxalandı - Nazirlik vətəndaşlara çağırış etdi

12.10.2024 | 19:31
Əliyevlə Putin müharibənin 80 illiyində Bakıya Qəhrəman şəhər adı üzərində razılaşıblar?...

12.10.2024 | 18:46
Çin-Özbəkistan dəmiryolu Türkmənistan və İran üzərindən Türkiyəyə yönəldilir - Azərbaycana bu pisliyin müəllifi kimdir?.

12.10.2024 | 18:29
Zəngəzur sərhəd məntəqələri ilə bağlı Putin - Paşinyan raılaşması prinsipcə Azərbaycanın ziyanına ola bilər...

12.10.2024 | 18:03
ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

12.10.2024 | 17:52
Berdimuhəmmədov Məhtimqulu-300 tədbirinə Ermənistan prezidentini də dəvət etdi...

12.10.2024 | 17:26
Azərbaycanda bələdiyyələrin 8 milyonluq borcu necə yaranıb? - Yükü dövlətin üstünə atmaq cəhdləri var…

12.10.2024 | 17:00
İran 4 ərəb ölkəsini təhdid etdi - hədəfə çevriləcəksiz

12.10.2024 | 16:28
Yardımlıda narkokuryer qohumlar saxlandı

12.10.2024 | 16:11
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirib

12.10.2024 | 15:23
XİN üçtərəfli bəyanatı təhrif edən Paşinyanın cavabını verdi - bunları heç kəs unutmayıb...

12.10.2024 | 15:07
Milli Məclis Niderland Parlamentinə bu ölkənin üz qızardan keçmişinı xatırlatdı...

12.10.2024 | 14:58
"Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir" -BƏYANAT

12.10.2024 | 13:30
Qələbənin 80 illiyində Bakının Qəhrəman şəhər adı gec də olsa özünə qaytarılmalıdır....

12.10.2024 | 12:37
Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs yaxalandı

12.10.2024 | 12:11
Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı

12.10.2024 | 12:05
Müdafiə naziri müşavirə keçirdi - sərhəddə əməliyyat şəraiti təhlil edildi

12.10.2024 | 11:16
Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb - sürücülərə XƏBƏRDARLIQ

12.10.2024 | 11:06
Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək

12.10.2024 | 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına təbrik məktubu ünvanlayıb

12.10.2024 | 11:00
"Yaprak dökümü"nün "Cevriye"si yeni serialda

12.10.2024 | 10:30
1,2 milyon livanlı qaçqın olub - Beynəlxalq Qırmızı Xaç Komitəsi

12.10.2024 | 10:20
Bu da baş verdi - Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək...

12.10.2024 | 10:15
Rusiya Ukraynanın şərqində “Şahid” dronları istehsal edəcək?

12.10.2024 | 10:06
ABŞ Dövlət Departamentindən QƏRAR - Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq silah satılacaq

12.10.2024 | 10:00
Bahalaşma Çini də "vurdu" - benzinin qiyməti yenə bahalaşdı...

12.10.2024 | 09:26
İndiyədək verilmiş "Halal" sertifikatlar ləğv olunur(?)

12.10.2024 | 09:19
“Boeing”-dən ŞOK QƏRAR - 17 000 iş yeri ixtisar edilir

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031