KÖHNƏ VERSİYA            

Azərbaycan Avropa Şurasından çıxır...

Image

Artıq sirr deyil ki, Azərbaycanı həyata keçirdiyi müstəqil xarici siyasəti üzündən “cəzalandırmaq” səyləri Qərbdə müəyyən dairələr tərəfindən davam etdirilir. Səbəb də odur ki, bu gün Azərbaycan Cənubi Qafqazda belə siyasət aparan və onu ardıcıl olaraq müdafiə edən yeganə dövlətdir. 

Qeyd edilənlərin çoxsaylı nümunələri mövcuddur. Məsələn, Bakının Rusiyaya qarşı sanksiyalara və ümumən, Qərbin müəyyən nümayəndələrinin təhrikinə rəğmən, Moskva ilə yüksək səviyyəli münasibətləri bunun bariz nümunəsidir.

Bununla yanaşı, Bakını, həmçinin hakim Avropa elitalarının bir sıra məsələlərdə, eyni zamanda, Tehranla problemləri olmasına baxmayaraq, öz ərazisindən qonşu İrana hərbi zərbələr endirmək üçün istifadə edilməsindən imtina edən Türkiyə ilə qardaş münasibətlərinə və dəstəyinə görə “bağışlamaq” istəmirlər. Üçüncüsü, bəşəriyyətin sağlam düşüncəli hissəsinin həyəcanla izlədiyi Qərbin İslam dünyasına qarşı növbəti “səlib yürüşü” amili də var. Burada Avropa Şurası Parlament Assambleyasından (AŞPA) da bir vasitə kimi ölkəmizə qarşı istifadə olunmaqdadır. Xatırladaq ki, Azərbaycan nü­mayəndə heyəti bu il yanvarın sonların­da AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayan­dırmaq barədə qərar verib. Bu fonda Azərbaycana qarşı qərəzli hücumlar davam edir və sözügedın istiqamətdə  ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında xüsusi fəallıq göstərən almaniyalı deputat Frank Şvabe yenə seçilir. Adı onlarla maliyyə fırıldaqlarında hallanan, erməni lobbisinin pulu ilə ölkəmizin əleyhinə sərsəm fikirlər səsləndirən Şvabenin fəaliyyəti AŞPA üçün ciddi problemə çevrilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum start götürdü. AŞPA da artıq bu hücumda ön sırada yer alıb. Sadəcə, Qərb İkinci Qarabağ müharibəsi və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Elə o səbəbdən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Amma real vəziyyət AŞ­PA-da artıq böhrandan xəbər verir. Elə bu fonda Azərbaycanın Avropa Şurasını tərk etməsi istisna olunmur. Frank Şvabe və onun kimilərinin fəaliyyəti AŞPA-da   böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞPA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar özlərinin prinsip və normalarına zidd addımdır. Ümumiyyətlə, baş verən son hadisələr təşkilatın daxilində demokratik dəyərlərin iflasa uğradığını üzə çıxarıb. Təşkilat həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan kampaniya aparır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil.

Bütün bunlar həm də ümumi Qərb dünyasının iflasıdır. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür. Bütün bunlara səbəb Qərbin iflasıdır. Bu arada onu da qeyd edək ki,   Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onlar yeni simalar axtarışındadır. Bəllidir ki, postsovet məkanında  “məxməri inqilabları” məhz Qərbin 5-ci kolonu həyata keçirirdi. Son dəfə Ermənistanda buna nail oldular. Azərbaycanda Qərbin 5-ci kolonu sıradan çıxıb. O səbəbdən də yeni dayaqlar axtarılır. Qərbin “5-ci kolon”u o dərəcədə möhkəm deyil. Çünki son illərdə Avropa dəyərlərində, xüsusən liberal dəyərlərdə ciddi böhran yaşanmaqdadır. Qərb liberallarının uzaqmənzilli hədəfləri öz cəmiyyətlərinə xas həyat tərzlərini, qeyri-ənənəvi hərəkatları üçüncü ölkələrə də ixrac etməkdir. Məsələn, feminizm hərəkatı, heyvanların haqları uğrunda aksiyalar, azad gənclik adı ilə ölkələrin köklü mental dəyərlərini silkələmək, ailə institutlarını böhran vəziyyətinə salmaq, həmcinslərin evliliyinə normal yanaşmaq və sair Avropa və ABŞ liberallarının “5-ci kolonu” tərəfindən reallaşdırılan layihələrdir. Bunun üçün müxtəlif fondlar, dairələr uzun illər qrantlar ayırır, təbliğat aparılır, insan haqları adı ilə başlarına topladıqları gənclərlə ictimai rəyə təsir etməyə çalışır və müəyyən elektorat qazanırlar. Lakin ölkəmizdə bunların qarşısı uğurla alınır. Elə o səbəbdən Qərb dairələri yenə müxtəlif vasitələrlə ölkəmizdə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. Famil Xəlilovla bağlı baş verənlər bunun təsdiqidir. Famil Xəlilov 2015-ci ildə İsveçə mühacirət edib. 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub. Bunu İsveç özü edib. Bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu fonda İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Famil Xəlilovun ailə üzvlərini qəbul edib. Görüşdə, həmçinin Latviyanın, Estoniyanın Azərbaycandakı səfirliklərinin diplomatları iştirak edib. Bunlar Azərbaycanın daxili işlərinə müdaxilənin daha bir təzahürüdür. Qərbin Ermənistanı silahlandırması da bundan irəli gəlir. Əslində, bu amil region üçün çox təhlükəlidir. Çünki ən azı, bəzi postsovet ölkələrinin təcrübəsinə nəzər yetirsək, Qərbin vədlərinə inananların aqibətinin fəlakətli sonluğuna şahidlik etmişik. Qərb indi də Cənubi Qafqazda bu fəlakətli vəziyyəti Ermənistanın əli ilə reallaşdırmağa çalışır. Avropa İttifaqının Müşahidə Missiyası adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən sadəcə biridir. ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq da dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa təşviq edir. Fransanın İrəvanı silahlandırması da bunun göstəricisidir. Fransanın Ermənistanı silahlandırmasının əsas  məqsədi  həm də Azərbaycanın mülki insanlarına zərər vermək niyyətidir. Qərbin öz geosiyasi maraqları naminə bu təhlükəli davranışı region ölkələrinin maraqlarına xidmət etmir. Lakin bir reallıq da var ki, Qərb kiçik və zəif Ermənistan vasitəsilə bölgədə öz planlarını reallaşdıra bilməyəcək. Burada zərər çəkən yalnız Ermənistanın özü olacaq. 

Tahir TAĞIYEV







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

COP-a bir ay qaldı - Xəzərdə fəlakət artır...

Bələdiyyələrin birləşdirilməsi yaxşı ideyadır - ancaq indiyədək əhalidən toplanmış pulların hesabatı necə veriləcək...

Azərbaycanın dünya üçün 14 təşəbbüsündən biri - "COP atəşkəsi"...

SON XƏBƏRLƏR

14.10.2024 | 15:45
"Maxim" taksi şirkəti 20 min manat cərimələndi...

14.10.2024 | 15:24
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO/VİDEO

14.10.2024 | 15:20
Prezident bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi

14.10.2024 | 15:06
Sabirabadda vətəndaşın 135 min manatını ələ keçirən dələduz yaxalandı

14.10.2024 | 14:49
Xəzərdə 330 minlik qaçaq siqaret tutuldu

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Cərimələrin artırılması vəziyyəti dəyişə bilərmi?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 13:04
Кадыров объявил кровную месть сенатору Керимову. Опять армянский след - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:55
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:03
Ermənilər təşviş içində - Paşinyanın qəfil Moskva səfərinin səbəbləri... - CANLI

14.10.2024 | 11:00
Bu ölkə 3 Fransa vətəndaşını deportasiya etdi - seçkiyə müdaxiləyə görə...

14.10.2024 | 10:36
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

14.10.2024 | 10:20
Rusiyada heyvanların sirkdə çıxış etməsi qadağan ediləcək

14.10.2024 | 10:15
Qazaxıstanda nə baş verir? -bu şəhərə Milli Qvardiya yeridilib

14.10.2024 | 10:10
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin direktoru gizli şəkildə Misirə gedib

14.10.2024 | 10:05
Sahibə Qafarova İsveçrəyə səfərə gedib

14.10.2024 | 10:00
İsmayıllıda yol qəzası olub, sürücü ölüb

14.10.2024 | 09:30
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - XƏBƏRDARLIQ

14.10.2024 | 09:26
Çində 6-cı Dünya Media Sammiti işə başlayıb - Azərbaycan da təmsil olunur

14.10.2024 | 09:17
İngiltərə və Yunanıstandan qələbə, Avstriya darmadağına sevindi

14.10.2024 | 09:11
Bu gün bu ərazilərdə qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

14.10.2024 | 09:09
ABŞ-da atışma olub - 9 nəfər yaralanıb

14.10.2024 | 09:07
Maştağada adam öldürməkdə şübhəli bilinən 21 yaşlı şəxs saxlanılıb

13.10.2024 | 23:39
Paşinyanın "Dünya kəsişməsi" layihəsi" şokolad kimi təqdim olunan zibilə bənzədildi...

13.10.2024 | 23:22
Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazanıb

13.10.2024 | 19:42
Polşadakı ABŞ bazasına Rusiya raketlərini vurmaq icazəsi verildi…

13.10.2024 | 19:30
“AZERRAIL” Avropa Kubokunun qalibi oldu

13.10.2024 | 17:28
Trampdan 3-cü Dünya müharibəsi xəbərdarlığı - yaxın 3-4 ay ərzində…

13.10.2024 | 16:50
ABŞ İranın mümkün hücumlarına qarşı İsrailə yeni müdafiə sistemi yerləşdirdi...

13.10.2024 | 15:26
Oktyabrın 26-da Gürcüstanda ən təhlükəli qüvvə erməni diasporu olacaq, azərbaycanlılar isə…

13.10.2024 | 14:53
İsrail ordusu Suriyaya girdi…

13.10.2024 | 14:06
İran ərəb ölkələrinin “Hizbullah” liderinin öldürülməsində əli olduğunu iddia etdi…

13.10.2024 | 13:25
BTQ Niderland parlamentinə çağırış etdi - hökumətinizi müstəmləkə cinayətlərinə son qoymağa çağırın

13.10.2024 | 13:08
İcma Ermənistandan azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışına şərait yaratmağı tələb etdi

13.10.2024 | 12:20
"Şuşada, Ağdamda, Qarabağda törədilən vandalizmi görmüşük" - ICESCO nümayəndəsi

13.10.2024 | 11:08
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

12.10.2024 | 20:12
88 yaşlı qadını aldadıb pullarını ələ keçirən dələduz yaxalandı - Nazirlik vətəndaşlara çağırış etdi

12.10.2024 | 19:31
Əliyevlə Putin müharibənin 80 illiyində Bakıya Qəhrəman şəhər adı üzərində razılaşıblar?...

12.10.2024 | 18:46
Çin-Özbəkistan dəmiryolu Türkmənistan və İran üzərindən Türkiyəyə yönəldilir - Azərbaycana bu pisliyin müəllifi kimdir?.

12.10.2024 | 18:29
Zəngəzur sərhəd məntəqələri ilə bağlı Putin - Paşinyan raılaşması prinsipcə Azərbaycanın ziyanına ola bilər...

12.10.2024 | 18:03
ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

12.10.2024 | 17:52
Berdimuhəmmədov Məhtimqulu-300 tədbirinə Ermənistan prezidentini də dəvət etdi...

12.10.2024 | 17:26
Azərbaycanda bələdiyyələrin 8 milyonluq borcu necə yaranıb? - Yükü dövlətin üstünə atmaq cəhdləri var…

12.10.2024 | 17:00
İran 4 ərəb ölkəsini təhdid etdi - hədəfə çevriləcəksiz

12.10.2024 | 16:28
Yardımlıda narkokuryer qohumlar saxlandı

12.10.2024 | 16:11
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirib

12.10.2024 | 15:23
XİN üçtərəfli bəyanatı təhrif edən Paşinyanın cavabını verdi - bunları heç kəs unutmayıb...

12.10.2024 | 15:07
Milli Məclis Niderland Parlamentinə bu ölkənin üz qızardan keçmişinı xatırlatdı...

12.10.2024 | 14:58
"Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir" -BƏYANAT

12.10.2024 | 13:30
Qələbənin 80 illiyində Bakının Qəhrəman şəhər adı gec də olsa özünə qaytarılmalıdır....

12.10.2024 | 12:37
Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs yaxalandı

12.10.2024 | 12:11
Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı

12.10.2024 | 12:05
Müdafiə naziri müşavirə keçirdi - sərhəddə əməliyyat şəraiti təhlil edildi

12.10.2024 | 11:16
Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb - sürücülərə XƏBƏRDARLIQ

12.10.2024 | 11:06
Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək

12.10.2024 | 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına təbrik məktubu ünvanlayıb

12.10.2024 | 11:00
"Yaprak dökümü"nün "Cevriye"si yeni serialda

12.10.2024 | 10:30
1,2 milyon livanlı qaçqın olub - Beynəlxalq Qırmızı Xaç Komitəsi

12.10.2024 | 10:20
Bu da baş verdi - Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək...

12.10.2024 | 10:15
Rusiya Ukraynanın şərqində “Şahid” dronları istehsal edəcək?

12.10.2024 | 10:06
ABŞ Dövlət Departamentindən QƏRAR - Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq silah satılacaq

12.10.2024 | 10:00
Bahalaşma Çini də "vurdu" - benzinin qiyməti yenə bahalaşdı...

12.10.2024 | 09:26
İndiyədək verilmiş "Halal" sertifikatlar ləğv olunur(?)

12.10.2024 | 09:19
“Boeing”-dən ŞOK QƏRAR - 17 000 iş yeri ixtisar edilir

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031