KÖHNƏ VERSİYA            

Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

Image

Son zamanlar tez-tez sosial şəbəkələrdə dillə, bədii tərcümə ilə məşğul olan mütəxəssislərin “Azərbaycan dilinin izahlı lüğəti” ilə bağlı müəyyən tənqidi fikirlərinə rast gəlirik. Hətta bəzən belə iddialara təsadüf edirik ki, “Azərbaycan dilinin izahlı lüğəti” ilə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” arasında bir-birini tamamlamayan məqamların, iki lüğət arasında ziddiyyətlərin olduğu deyilir.

Dilimizin bütün çalarlarını özündə ifadə etməli olan “Azərbaycan dilinin izahlı lüğəti” sonuncu dəfə 2015-ci ildə nəşr olunub. Bunun üzərindən 9 il keçməsinə baxmayaraq, hələ yeni lüğət yoxdur. 

Bir çox dilçilər qeyd edirlər ki, köhnə izahlı lüğətlə, oradakı sözlərin yazılışı ilə sonuncu dəfə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” arasında ciddi fərqlər var. Lüğətdə mövcud olan problemin, xüsusən də özünü daha çox tərcümə sahəsində göstərdiyini deyən dilçilər hesab edir ki, bu problemin aradan qaldırılması üçün “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanmalıdır, eyni zamanda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yenidən təkmilləşdirilməlidir. 

“Azərbaycan dilinin izahlı lüğəti” azərbaycanlı leksikoqraf və lüğətçi alim Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilib. 

“Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilib. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildir. Cild Ə.Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib.

Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra, 1980-ci ildə olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olub. Redaktoru Ə.Orucov olub.

Üçüncü cild 2-cidən 3 il sonra 1983-cü ildə nəşr edilir. Kitabın redaktoru yenə Ə.Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilir. 4 il sonra, 1987-ci ildə nəşr olunan  dördüncü — sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub. 4 cilddə ümumilikdə 57 min söz var.

XX əsrin sonlarında üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.

2005-ci ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” çapdan çıxıb. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilib.

Ə.Orucovun əsas müəllifi olduğu 4 cildlik izahlı lüğət 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən 25 min tirajla yenidən nəşr edilib və ölkə kitabxanalarına hədiyyə edilib.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.

Bundan sonra isə “Azərbaycan dilinin izahlı lüğəti” çap olunmayıb. 

İsmayıl Məmmədli: “Bizim şöbə hazırda “Azərbaycan dilinin izahlı lüğəti”nin üzərində işləyir, proses davam edir” 

AMEA Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü, Lüğət şöbəsinin müdiri, professor İsmayıl Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, hazırda “Azərbaycan dilinin izahlı lüğəti”nin üzərində iş gedir. “Bizim şöbə hazırda “Azərbaycan dilinin izahlı lüğəti”nin üzərində işləyir, proses davam edir. Çoxcildlik olacaq, gələn il bitirib təhvil verəcəyik”.

Yeni “Azərbaycan dilinin izahlı lüğəti”nin olmamasından narazılıq edən tərcüməçilərin, bəzi dilçilərin dediklərinə münasibət bildirən İ.Məmmədli bildirdi ki, bu bir-iki günlük iş deyil, uzun zaman tələb edən prosesdir. “Biz tərcüməçilərin dediyi ilə hərəkət edə bilmərik ki. Bu lüğəti plana salıb üzərində işləyirik, bütün şöbə bu işlə məşğuldur, hər kəs özünə aid hissələri işləyir. Bu dövlət planıdır, ona uyğun da iş gedir. Biz ayrı-ayrı adamların planları ilə işləmirik.

O ki qaldı orfoqrafiya lüğəti ilə bağlı iddialara, bu lüğətlə izahlı lüğət arasında  heç bir ziddiyyət yoxdur. Hərə öz işi ilə məşğul olsa yaxşıdır. Mən neçə illərdir lüğətlə məşğulam. Təsəvvür edin ki, 30 ildən çoxdur bu şöbənin müdiriyəm, bu işlə bizim şöbə məşğul olur. İzahlı lüğəti də hazırlayırıq, çap olunacaq. “Azərbaycan dilnin orfoqrafiya lüğəti”nə isə 2025-ci ildən sonra başlayacağıq, bununla bağlı işlər görəcəyik”.

Hazırlanan izahlı lüğətdə nə qədər sözün əks olunacağına gəlincə, İ.Məmmədli bildirdi ki, hələ bu barədə heç bir açılama vermək istəmir. “Bu böyük bir prosesdir, hələ davam edir, orada nə qədər sözün yer alacağını indidən demək olmur. Bu, Səməd Vurğunun bədii dilinin izahlı lüğəti deyil ki, “orada 8 min söz var” deyəm. Biz çoxlu işlər görmüşük. Məsələn, Cəfər Cabbarlının bədii dilinin izahlı lüğətini hazırlayıb çap etmişik, qalın kitab çap etmişik. Bu işlərdən yazsınlar”.

Yeni dövrdə nəşr olunacaq dilimizin izahlı lüğətinin ana dilimizin təbliği üçün mühüm olduğunu deyən İ.Məmmədli hesab edir ki, bu lüğətdə dilimizdəki bütün yenilik, işlənilən sözlər əks olunacaq. “Lüğət dilin güzgüsüdür. Dildə olan sözlərin hamısı orda verilməlidir. Bizim şöbənin işçilərinin sayı elə də çox deyil. Neçəsi rəhmətə gedib. Çox az sayda tərkiblə bu böyük işləri görürük. Çox həssaslıq, diqqət tələb edən işdir. Bu heç kəsə asan gəlməsin. Kənardan baxana döyüş asan gəlir, amma elə deyil. Kim nə danışırsa danışsın, biz öz işimizi görürük. Bu lüğətdə bütün yeniliklər olacaq, orada kartotekalar veririk, o sözləri yazırıq”.

Aygün Əziz: “...Bu yeni sözlər nizamlı şəkildə lüğətlərə daxil edilmir” 

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM “  İcraçı direktoru Aygün Əzizin də “Azərbaycan dilinin izahlı lüğəti” ilə bağlı mövqeyini öyrəndik: “Azərbaycan dilinin izahlı lüğəti” haqqında danışarkən onu qeyd etmək istərdim ki, bizdə uzun müddətdən sonra nəhayət, 4 cild səviyyəsinə çata bilmişik. Bu lüğətdə 50 milyona qədər insanın danışdığı və zəngin şifahi və yazılı ədəbiyyata malik xalqımıızın leksik vahidləri və onların məna çalarları dolğun əksini tapmayıb. Halbuki, başqa xalqlarda, söz ehtiyatı bizdən daha az olanlarda belə lüğətlər daha geniş və həcmlidir. Məsələn, cəmi 410 min nəfərin danışdığı yakut dilinin izahlı lüğəti 15 cilddir və “2019-cu ilin ən yaxşı elmi layihəsi” nominasiyasında qalib olub.

Fikrimizcə, dilimizin leksikasının tam əhatə edilməsi üçün folklorumuzun, yazılı ədəbiyyatımızın dili dərindən araşdırılmalı, yeni sözlərlə yanaşı, lüğətdə olan sözlərin diqqətdən qaçan məna çalarları tapılıb lüğətə əlavə edilməlidir. Bu, əlbəttə, ağır işdir, amma bunu etməyə borcluyuq. Çünki dövr dəyişdikcə, sözlər yeni məna kəsb edir, leksik mənalarında dəyişiklər olması labüd haldır. Düzdür, ağır işdir, amma dilimizin düzgün formada çatdırılması üçün bu, əhəmiyyət kəsb edən nüansdır. Üstəlik də texnoloji, iqtisadi, elmi inkişafla bağlı hər il çoxlu yeni sözlər yaranır. Amma bu yeni sözlər nizamlı şəkildə lüğətlərə daxil edilmir. Deyilənə görə, yenilənmiş nəşrə hazırlıq işləri gedir. Səbrsizliklə gözləyirik və ümid edirik ki, bu dəfə ümidlərimizi doğruldacaq”.

A.Əziz bildirdi ki, orfoqrafiya lüğətinə gəlincə, bu ayrı, həm də böyük problemdir. “Belə ciddi, hamının, xüsusilə də KİV-in istinad nöqtəsi olan lüğətin başdansovdu hazırlanması, qüsurlardan əskik olmaması, sadəcə olaraq, təəssüf hissi doğurur. Məlumdur ki, qanunvericiliyə görə, orfoqrafiya lüğətləri 5 ildən bir yenilənməlidir. XXI əsrdə ilk orforqafiya lüğəti 2004-cü ildə nəşr olunub. Növbəti lüğət isə, qanunverciliyə zidd olaraq, 5 yox, 8 il sonra nəşr edilib. 2012-ci ildə çap edilən lüğət Prezident Administrasiyasında qəbul edilməyib. “Kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib, lüğətin 2012-ci il nəşrinin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilib. 2013-cü ildəki 6-cı nəşr də legitim sayıla bilməz. 40 minə qədər qondarma sözün daxil ediliyi deyilən lüğət həm də qanunvericiliyə zidd olaraq orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən nəşr edilib. Hələ 2021-ci ildəki 7-ci nəşr geniş müzakirələrdən sonra nəşr edilsə də, bu lüğətdə də yetərincə nöqsanlar var və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlının bu barədə qeydlərinin bir neçəsini diqqətə çatdırmaq istərdim:

“Məsələn, əvvəllər kiçik hərflə, sonra böyük hərflə, sonra yenə kiçik hərflə yazılan “normalar”dakı (bu barədə sonra) bir sıra kobud səhvlərə diqqət yetirək:

1. “3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ü hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır”.

BİZİM QEYD. Əvvəla, üarğ sözü də eyni qəbildəndir, amma indiyədək sar yox, çar kimi yazılıb. Bu barədə ayrıca qeyd olmalı idi.

İkincisi, əgər yeni normalara görə, ü xüsusi isimlərdə sözün əvvəlində olanda s kimi yazılırsa, onda Üarskoe Selo şəhərinin adı necə yazılmalıdır? Belə çıxır ki, üarğ sözü ümumi isim kimi ç, xüsusi ismin əvvəlində olanda s, xüsusi ismin ortasında isə ts ilə yazılmalıdır. Çox gülünc alınmırmı? Bu barədə normalarda heç nə yazılmayıb.

2. “3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s”.

BİZİM QEYD. Dilimizin lüğət tərkibinə çoxdan daxil olmuş “gigiyena” sözü h samiti ilə başlayır. Əsli yunancadan olan bu sözün rus dilinə XIX əsrin birinci yarısında alman və ya fransız dilindən keçdiyi ehtimal edilir. Hər iki dildə (alman, fransız) bu söz h ilə başlayır və hygiene şəklində yazılır. Əgər deyilən qaydaya əməl etsək, demək bu söz higiyena kimi yazılmalıdır. Ya da bu söz normalarda istisna kimi qeyd edilməli idi (yəqin ki, başqa belə sözlər də var).

3. “3.7. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s”.

BİZİM QEYD. Burada qeyd edilən Siciliya sözü mənbə dildə c yox, ç ilə yazılır və tələffüz edilir. Bundan başqa, həmin dildən keçən Siseron xüsusi ismi italyancada Çiçero kimi yazılır. İkincisi dilimizdə Siseron kimi sabitləşib. Ona görə hər iki sözün normalara tabe olmadığı nəzərə alınmalı və nümunə kimi verilməməli, xüsusi isimlər lüğətinin öhdəsinə buraxılmalı idi.

4. “3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s”.

BİZİM QEYD. Normaların başdansovdu hazırlanmasına daha bir nümunə. Əgər bu bəndə əməl edilərsə, bundan sonra dilimizdə yazılış şəkli hələ keçən əsrdən sabitləşmiş Uoll-Strit sözü (Wall Street) Vol-Strit, Ceyms Uatt (James White) Ceyms Vatt, Uinston Çörçil (Winston Churchill) Vinston Çörçil, Herbert Uels (Herbert Wells) Herbert Vels, Uels (Wales) dövlətinin adı isə Vels şəklində yazılmalıdır.

5. “8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.”

BİZİM QEYD. Burada “bütün sözlər” çıxarılmalıdır. Çünki və də sözdür və adında və bağlayıcısı olan çox sayda ölkə var: Trinidad və Tobaqo, Bosniya və Hersoqovina, Sent-Kits və Nevis, Antiqua və Barbuda, San-Tome və Prinsipi… Təbii ki, bu adlarda və bağlayıcısının böyük hərflə başlanması düşünülə bilməz.

6. “8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır”.

BİZİM QEYD. Bəs Fransanın Milli Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı kimi mürəkkəb fəxri adlar necə yazılmaılıdır? Bu barədə mütləq qeyd olmalı idi…

7. “9. İxtisarlar və qısaltmalar”.

BİZİM QEYD. Bu bənddə mürəkkəb ixtisarlar barədə bir kəlmə də yazılmayıb. Dilimizdə mürəkkəb ixtisarlar da var və onlar ayrı yazımalıdır. Nümunələr: BMT TŞ (Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurası), ATƏT PA (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası), AŞ PA (Avropa Şurasının Parlament Assambleyası), ATƏT DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu).

8. “10. Sözün sətirdən sətrə keçirilməsi. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir”.

BİZİM QEYD. 2018-ci ildə müzakirəyə təqdim edilən layihədə defis də durğu işarələri sırasında verilmişdi. Bizim də iradımızdan sonra o hissə çıxarıldı. Amma yeni normalarda qeyri-hərf orfoqrafik işarə olan defisi və drobu sətrin sonunda saxlamağın düzgün olub-olmaması barədə heç nə yazılmayıb (keçən əsrdəki normalarda yolverilməz sayılırdı).

Ümid edirik ki, növbəti “Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu xətalardan xali olacaq”-deyə A.Əziz bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031