Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var
Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib. Bundan əvvəl, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib.
Rəsmi məlumata görə, səfər çərçivəsində sentyabrın 9-da Papikyan "Hərbi sahədə məsul süni intellekt" sammitinin açılış mərasimində iştirak edib. Sammitin məqsədi hərbi texnologiyalarda və döyüş əməliyyatlarında süni intellektin istifadəsinə nəzarət üçün beynəlxalq mexanizmlərin işə salınmasıdır.
Caliber.Az-a mötəbər mənbələrdən daxil olan məlumata görə, Papikyanın Cənubi Koreyaya səfərinin əsl məqsədi bu ölkənin silahlarının Ermənistana tədarükü ilə bağlıdır. Hətta bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, Ermənistanın göz dikdiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti hazırda gündoğan ölkədədir.
ZÜMRÜD