Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuat üçün açıqlamada bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarılan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Mətləb