Şahdağa qar yağıb - Faktiki hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 45, Qrızda 7, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 millimetrədək olub. Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsib, arabir Culfada 16 metr/saniyəyədək güclənib.
Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ və Qrızda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°, Naxçıvan Muxtar Respublikasında 37°, Aran rayonlarında 35°, dağlıq rayonlarda 25°-dək isti qeydə alınıb.
Mətləb