Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...
Fransız iş adamı Bernard Arnault və İlon Maskdan sonra dünyanın 3-cü ən varlı adamı olan Ceff Bezos bazarlıq üsulu ilə ev almaq istəyərkən məhkəməlik olub. Belə ki, 198 milyard dollar sərvəti olan Bezos Mayamidə ev almaq istəyib. Lakin Bezos evi alarkən kimliyini gizlədib.
Mayamidə 7 otaqlı dəbdəbəli evin qiymətində endirim istəyən Bezos, gizli kimliyi sayəsində mükəmməl bir bazarlıq edib. Evi satan Leo Kriss alıcının dünyanın ən zəngin adamlarından biri olduğunu bilmədiyi üçün ona 6 milyon dollar endirim edib.
Leo Kriss evi alan şəxsin Bezos olduğunu öyrənincə aldadıldığını görüb və satışa vasitəçilik edən daşınmaz əmlak şirkətinə “Bezos olduğunu bilsəydim, endirim etməzdim” deyərək məhkəməyə müraciət edəcəyini bildirib.
Kriss, keçən il evi 85 milyon dollara satışa çıxardığını, daşınmaz əmlak şirkətinin ona evi alacaq şəxsin 79 milyon dollardan çox pul ödəməyəcəyini söylədiyini bildirib.
TAHİR