KÖHNƏ VERSİYA            

34 hərflik ümumtürk əlifbası hazırlandı - əlavə edilmiş 2 hərf hansılardır?..

Image

Şahin Mustafayev: “Rəsmi əlifba variantı heç yerdə çap olunmayıb”

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. 

Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.

Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib. “İclasın işinin uğurla başa çatması tarixi məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə, onların dillərinin qorunmasına da öz töhfəsini verəcək”-deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.

Qeyd edək ki, sosial şəbəkələrdə 34 hərfdən ibarət Ortaq Türk Əlifbasını əks etdirən mətn yayılıb.

Ortaq Türk Əlifbası 34 hərfdən ibarətdir və bizim də 32 hərfmiz var. Əlifbaya əlavə edilən iki yeni hərf hansılardır? Bu sual da ictimaiyyəti ciddi maraqlandırır.

Bütövlükdə, Ortaq Türk Əlifbasının hazırlanması prosesi ilə bağlı məsələlər olduqca maraqlıdır. 

“Bundan sonra qəbul olunan əlifba layihəsi növbəti mərhələdə qərarların qəbul olunması üçün Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərin müvafiq qurumlarına göndəriləcək” 

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevlə əlaqə saxladıq. Şahin Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ortaq Türk Əlifbasına heç bir hərf əlavə olunmayıb. “1991-ci ildə türk alimləri tərəfindən 34 hərfdən ibarət bir əlifba variantı təklif olunmuşdu. Biz də o əlifbanı əsas olaraq götürdük. Əlifbanın əsasını 1991-ci ildə hazırlanmış layihə təşkil etdi. Bu əlifbanın üzərində bəzi işlər aparılıb, oradan bəzi hərflər çıxarlıb, bəziləri əlavə edilib. Ona görə də orda heç bir əlavə hərf yoxdur. Elə səslər (fonem) var ki, onlar müxtəlif türk xalqlarına xas olan səslərdir, amma başqalarında yoxdur. Məsələn, qazax dilində saitlər var ki, o saitlər nə türk dilində, nə Azərbaycan dilində, nə özbək dilində var. O saitləri əks etdirmək üçün orada qazax dilinə məxsus bir-iki hərf var”.

Ş.Mustafayev sosial şəbəkələrdə yayılan və qəbul edilməsi üçün razılığa gəlinən Ortaq Türk Əlifbası olduğu deyilən əlifba variantına da münasibət bildirdi. Beynəlxalq Türk Akademiyasının prezidenti vurğuladı ki, sosial şəbəkələrdə yayılan variant layihədə öz əksini tapan variant deyil. “Birincisi, rəsmi əlifba variantı heç yerdə çap olunmayıb. Mən internetdə baxdım, müxtəlif variantlar gördüm, onların da bəziləri reallığı əks etdirmir. Bu variantları hardan alıblar, onu deyə bilmirəm, çünki biz Ortaq Türk Əlifası variantını rəsmən açıqlamamışıq. 

Beləliklə, Komissiya öz öhdəsinə düşən vəzifəni yerinə yetirdi və elmi cəhətdən əsaslandırılmış Ortaq Türk Əlifbası layihəsini hazırladı. Bundan sonra qəbul olunan əlifba layihəsi növbəti mərhələdə qərarların qəbul olunması üçün Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərin müvafiq qurumlarına göndəriləcək.

Onlarla razılaşdırıldıqdan sonra rəsmi açıqlama olacaq. Bu əlifba komissiya tərəfindən qəbul olunub. Amma komissiyanın qərarı son qərar deyil, bu qərarı dövlət qurumları verir.   Türk Dünyası Ortaq Əlifba Komissiyasının vəzifəsi ondan ibarət idi ki, elmi cəhətdən əsaslandırılmış bir layihə təsdiqləsinlər və və dövlət qurumlarının nəzərinə çatdırsınlar. Komissiya o layihəni hazırlayıb və növbəti mərhələdə artıq dövlət qurumları qərar verəcək. Layihə qəbul olunacaqmı, olunmayacaqmı, bunun sonrakı taleyi necə olacaq, bunu müvafiq dövlət qurumları bilir. Ona görə də bu layihə komissiyanın təsdiq etdiyi layihədir”.

Ş.Mustafayev qeyd etdi ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası dövlətlərarası komissiyadır, komissiya üzvləri türk dövlətləri tərəfindən rəsmi şəkildə təqdim olunub. “Yəni bu özfəaliyyət dərnəyi deyil, bu, rəsmi dövlətlərarası komissiyadır. Komissiya da əlifba sahəsində öz işini artıq yekunlaşdırdı”. 

Komissiyanın Türk Dövlətləri Təşkilatına təqdim edəcəyi əlifba layihəsi türk dövlətləri tərəfindən təsdiq edildikdən sonra Ortaq Türk Əlifbasınının işləkliyinin təmin olunması məsələsi də diqqət çəkir. Yəni bu əlifba ilə gələcəkdə kitablar, dərsliklər, qəzetlər, jurnallar nəşr edilməsi məsələsi də arzuediləndir. 

Ş.Mustafayev bu əlifbanın yaradılmasının məqsədi barədə də danışdı. “Bu gün hələ latın əlifbasına keçməyən türk xalqları var. Söhbət ilk növbədə müstəqil türk dövlətlərindən gedir. Əsas məqsəd ondan ibarətdir ki, onlar latın əlifbasına keçəndə bu əlifba əsasında keçsinlər. Dünən Facebookda da gördüm ki, müəyyən ajiotaj yaranıb, bu prosesi həvəslə, diqqətlə izləyirlər. Ona görə də öz Facebook səhifəmdə müəyyən açıqlamalar verdim. Orda qeyd etdim ki, biz bu işi başlayanda Ortaq Türk Əlifbasının yaradılması üçün üç prinsipi nəzərdə tutduq, onu əsas götürdük: 

1) Bir fonem bir hərflə ifadə edilməlidir,

2) Müxtəlif türk dillərində eyni fonemlər eyni hərflə ifadə edilməlidir,

3) Müxtəlif türk dillərinin səs (fonem) zənginliyi mümkün olduğu qədər qorunmalı və əlifbada öz əksini tapmalıdır.

Çalışdıq ki, nə ki səs zənginliyimiz var, o əlifbada öz əksini tapsın. 34 hərf olmalıdır. Bayaq dediyim kimi, qazax dilində saitlər daha zəngindir, daha çoxçeşidlidir, ona görə də ona uyğun hərflər olmalı idi. Bu prinsipi əsas götürərək biz bu işi başa çatdırdıq. Güman edirəm ki, elmi cəhətdən əsaslandırılmış düzgün əlifbadır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan Komissiya üzvləri yekdilliklə təsdiq etdilər ki, bu əlifba onların dillərinin səs zənginliyini əks etdirir.  Yəni qəbul olunan əlifbanın bu dillər üçün tamamilə uyğun olduğu barədə ümumi razılığa gəldilər və əlifba layihəsi yekdilliklə təsdiq olundu”-deyə Ş.Mustafayev bildirdi. 

Komissiyanın bu layihə üzərində nə qədər müddətə işlədiyinə gəlincə, Ş.Mustafayev bildirdi ki, Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk dünyası Ortaq Əlifba Komissiyası"nın ilk iclası keçən il Astanada keçirilib. “Bundan sonra da bir konfrans keçirdik, ora da geniş tərkibdə alimləri dəvət etdik, bu məsələ orada da müzakirə olundu. İkinci iclasımızı bu ilin may ayında Bakıda keçirdik və orda alınan qərarların əsasında bu əlifba layihəsi üzərində yay aylarında gərgin iş getdi, sentyabrda başa çatdı.   Təxminən bir il yarım ərzində geniş müzakirələr aparıldı və nəhayət ümumi mövqeyə gəlmək mümkün oldu. Təbii ki, bu layihə üç günlük iclasın məhsulu deyil. Bu nəticənin arxasında türk xalqlarının maariflənməsi və mədəni tərəqqisi uğrunda 100-150 il ərzində canlarını vermiş böyük ziyalılarımızın əməyi durur. Onların xatirəsini dərin hörmətlə anıram. 

1991-ci ildə türkoloqlar, türk dil alimləri İstanbulda toplaşmışdılar, orada bir layihə təqdim etdilər. 2012-ci ildə yenidən bu məsələyə qayıdıldı, o dövrdə də bu variantın üzərində iş getdi. Bizim komissiya da bu işə keçən il başladı və artıq bu işləri yekunlaşdırdıq”.  

Qeyd edək ki, Ş.Mustafayev rəsmi Facebook hesabında paylaşdığı statusunda bu işdə əməyi olanlara da təşəkkürnü bildirib: Türk dövlətlərinin rəhbərləri əzmlə ölkələrimizin mədəni inteqrasiyası yolunda böyük səy göstərirlər. Ortaq əlifba məsələsi məhz bu siyasətin tərkib hissəsidir. 

Nəhayət, bu sahədə zəhmət çəkmiş bütün alim, mütəxəssis və o cümlədən Komissiya üzvlərinə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031