KÖHNƏ VERSİYA            

Azad rayonlarda geniş ekoloji bərpa meydanı açılıb...

Image

Azad ərazilərdə ekoloji vəziyyətinin bərpası istiqamətində 2020-ci ildən bəri xeyli işlər görülüb və bu istiqamətdə geniş miqyaslı fəaliyyət davam etdirilir.

Bilirik ki, Ermənistanın işağlı altında olduğu 30 ilə yaxın bir dövr ərzində Qarabağ və Şərqi Zəngəzur ərazisində təbii sərvətlərimiz talanıb və ətraf mühitə də ciddi ziyan vurulub. Təsəvvür edin ki, terrorçu Ermənistan torpaqlarımızı bütün mənalarda viran qoyub. Sözsüz ki, həmin ərazilərin ətraf mühitinə vurulan ağır ziyan bütün bölgədə ekoloji tarazlığın pozulmasına səbəb olub. Ermənistanın təbiətimizə vurduğu hərtərəfli ziyan üzündən floramız, bitki örtüyümüz, meşələrimiz, nadir ağaclarımız qırılıb, iflic vəziyyətə salınıb. Bu ziyanın, ekoloji terrorun zərərlərini, fəsadlarını aradan qaldırmaq üçün isə illər tələb olunur. Hələ biz uzun illərə azad ərazilərinin təbii palitrasını nizamlaya bilərik. Çünki vurulan zərərin miqyası çox böyükdür.

Rəsmi məlumatlara görə, işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha ortaya çıxıb. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.

Bu faktlarla tanış olarkən hər kəs Ermənistanın necə vəhşi bir siyaət yürütdüyünün şahidi olur. 

Bir çox ekspertlərə görə, Cənubi Qafqazda ekoloji tarazlığın pozulması birbaşa Ermənistanın terrorçuluq fəaliyyəti ilə bağlıdır. Dünyada və bölgədə müşahidə edilən iqlim dəyişiklikləri prosesini tezləşdirən amillərdən biri də terror hadisələridir ki, bölgəmizdə bu mənfur işlə də uzun illər Ermənistan məşğul olub.

Ermənilərin törətdiyi ekoterror... 

Ekspertlər qeyd edir ki, 44 günlük müharibə nəticəsində təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terroruna nöqtə qoyulub. Ekspertlər qeyd edir ki, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Rəsmi məlumatlara görə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Torpaqlarımız Ermənistanın işğalı altında olduğu illərdə Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Faktlar o qəədr çoxdur ki, hamısını qeyd etsək, səhifələr bəs etməz. 

Azad rayonların ekoloji mühiti bərpa olunur... 

Bu gün isə çox çətin olsa da, dövlətimiz o problemləri aradan qaldırır, azad ərazilərin ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə böyük işlər görür. Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır.

Məlumatlara görə, Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.

Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə sıfırdan başlayan və çox böyük əraziləri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işlərində ekologiyanın bərpa edilməsi proqramları da mühüm yer tutur. Qarabağın və Şərqi Zəngəzur təbiətinin gözəlliyi, havası, suyu, mineral bulaqları, meşələri, bir sözlə, cənnəti xatırladan ab-havası otuz ilə yaxın xain düşmən tərəfindən zəhərlənsə də artıq doğma yurd yerlərimiz bərpa edilir. Azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 160 hektara yaxın sahədə 121 min 420 ədəd ağac tingi əkilib, 3 min kiloqram palıd və Şərq çinarı toxumu səpilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılıb. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür.

Ətraf mühitin qorunması əsas prioritetdir 

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə meşəsalma işləri ilə bağlı "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı" hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkinləri həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə yeni milli parklar da yaradılacaq və artıq bu parkların yerləri müəyyən edilib. Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir.

Rəsmən bəyan edilir ki, Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə  genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunmasının əsas prioritetdir.

Bildiyimiz kimi, ərazilərin ətraf mühitinin qorunması üzrə ekoloji məsələlər üzrə işçi qrupu da fəaliyyət göstərir.

Su hövzələrinin bərpası və qorunması... 

Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova mətbuata bildirib ki, azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması və "yaşıl artım" prinsiplərinin tətbiqi böyük əhəmiyyət kəsb edir: “Bu ərazilərdə su hövzələrinin və bioresursların qorunması, eləcə də digər təbii resursların mühafizəsi üzrə görülən işlər, Azərbaycanın ekoloji tarazlığını bərpa etmək və ekosistemin davamlılığını təmin etmək üçün vacib addımlardır. Bu çərçivədə həyata keçirilən tədbirlər aşağıdakı şəkildə qiymətləndirilə bilər:

Su hövzələrinin bərpası və qorunması üçün genişmiqyaslı layihələr icra olunub. Bu layihələr sayəsində su ehtiyatlarının keyfiyyətinin yaxşılaşdırılması, çirklənmənin azaldılması və ekosistemin qorunması təmin edilir. Xüsusilə çay və göllərin çirklənmədən təmizlənməsi, bu su hövzələrinin bioresurslarının bərpası və suvarma sistemlərinin yenidən qurulması əhəmiyyətli addımlardır.

Meşələrin bərpası və qorunması məqsədilə reallaşdırılan layihələr, bu ərazilərin təbii bitki örtüyünün yenidən formalaşdırılmasına kömək edir. Bu, həm də karbon udma potensialının artırılmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verir. Azad edilmiş ərazilərdə fauna və floraya xüsusi diqqət yetirilir. Nadir və nəsli kəsilməkdə olan növlərin qorunması üçün xüsusi mühafizə zonaları yaradılır. Bu ərazilərdə bioloji müxtəlifliyin qorunması və artırılması üçün ekoloji təhsil və ictimaiyyətin məlumatlandırılması tədbirləri keçirilir.

Azad edilmiş ərazilərdə günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin istifadəsi üçün genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sayəsində həmin ərazilərdə enerji təminatı ekoloji cəhətdən daha təmiz və davamlı hala gətirilir. Bu ərazilərdə ekoloji monitorinqin və tədqiqatların aparılması, ətraf mühitin vəziyyətinin davamlı izlənməsinə və uyğun tədbirlərin vaxtında görülməsinə imkan yaradır. Elmi-tədqiqat institutları və ekoloji təşkilatlar bu işlərdə fəal iştirak edir və nəticələri ictimaiyyətlə paylaşır.

Ümumilikdə, azad edilmiş ərazilərdə "yaşıl artım" prinsiplərinin tətbiqi Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olmasında əhəmiyyətli rol oynayır. Bu tədbirlər yalnız ekoloji tarazlığı bərpa etməklə bitmir, həm də ölkəmizin iqtisadi və sosial inkişafına töhfə verir. Ekoloji tarazlığın bərpası və ekosistemin qorunması nəticəsində yerli icmaların rifahı və bölgələrin iqtisadi potensialı artacaqdır...”

Bir sözlə, bu gün azad rayonlarda ekoloji mühitin bərpası istiqamətində çox böyük işlər görülür, layihələr həyata keçirilir, əhalinin məskunlaşdığı rayonlarda, kəndlərdə yaşıllaşdırma işləri aparılır, parklar, yaşıllıq zolaqları salınır. Təbiətin canlanması, həyatın qayıtması bizdə ümid yaradır ki, çox yaxın illərdə Ermənistanın törətdiyi ekoloji terrorun ağır fəsadlarını yaxın bir neçə ilə aradan qaldıra biləcəyik. 

İardə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031