Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...
Ukrayna Qara dənizdə Rusiyanın "Krım-2" qazma qurğusunu ələ keçirməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, lakin hücum cəhdi dəf edilib və ukraynalılar itki verərək geri çəkilib.
Ukrayna hərbi kəşfiyyatının qülləni ələ keçirmək üçün ABŞ istehsalı 14 Willard Sea Force hücum kateri ilə Qara dənizdəki hədəfə dəniz piyada birliklərini göndərdiyini bildirən nazirliyin məlumatına görə, 8 hücum kateri batırılb və təxminən 80 Ukrayna əsgəri öldürülüb. 6 kater isə geri çəkilməyə məcbur olub.
Qeyd edək ki, “Krım-2” qazma platforması Qara dənizin Zmeyni adası bölgəsində, Krımla Odessa arasında yerləşir.
TAHİR