İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi
İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib. Bu barədə İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, MSK bu gün təqdim etdiyi dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətini rədd edib:
“Nəticə etibarilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək".
NAMİQ