Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı
Sentyabrın 9-da gecə saat 4 radələrində Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.
ZÜMRÜD