Yolu keçən 15 yaşlı gənci maşın vurub
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yolu keçən 2009-cu il təvəllüdlü Muxtarov Camal İsmayıl oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Mətləb