Antoni Blinken Ukrayna və Polşa yolçusudur
ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Ukraynaya səfər edəcək. Dövlət Departamentinin rəsmi açıqlamasında deyilir ki, səfər zamanı onlar Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcəklər. Tərəflər Ukraynanın müdafiəsi üçün davam edən dəstək və Ukraynanın uzunmüddətli perspektivdə hərbi, iqtisadi və demokratik cəhətdən inkişafının təmin edilməsi barədə müzakirə aparacaqlar.
Bundan başqa, A.Blinken sentyabrın 12-si Polşaya səfər edəcək.
Mətləb