ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var
ABŞ Rusiya və İrana qarşı sanksiya tətbiq edib. Bu barədə Dövlət və Xəzinə departamentləri məlumat yayıb. Sanksiya İranın göstərdiyi hərbi dəstək, o cümlədən İranın Rusiyaya bu yaxınlarda ballistik raket tədarük etməsi ilə bağlıdır. Məlumatda bildirilir ki, İran və Rusiya arasında genişlənən hərbi tərəfdaşlıq Avropa təhlükəsizliyini təhdid təşkil edir. Sanksiya siyahısına Rusiya və İranda fəaliyyət göstərən 10 fiziki və 6 hüquqi şəxsin adı daxil edilib. Siyahıya sərnişin və yükdaşımalar həyata keçirən “İranAir” şirkətinin və İran Hərbi Hava Qüvvələri Kosmik Komandanlığının komandanı Əli Cəfərabadinin adı da daxildir.
Mətləb Salahov