KÖHNƏ VERSİYA            

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

Image

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkənin baş teatrı olduğu üçün burada baş verən ən kiçik bir hadisə belə ictimaiyyət tərəfindən müzakirə edilir. Onu da qeyd edək ki, bu teatr yaradıcılıq uğurları ilə paralel olaraq, vaxtaşırı həm də orada yaşanan qalmaqallarla gündəmə gəlir. 

İndiyə qədər “Azdramada” yüzlərlə olay, aktyor-rejissor qalmaqalları baş verib, aktyorlarla rəhbərlik arasında problemlər yaşanıb, aktyorların bir-biri ilə intriqaları olub. Bunlar sirr deyil, hər kəsin bildiyi bir məsələdir. Qalmaqaldan danışmışkən onu da əlavə edək ki, son günlər bu teatrla bağlı müxtəlif qalmaqallı fikirlər mövcuddur, bu haqda sosial şəbəkələrdə də kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Mətbuata görə, aylar əvvəl teatrdan işdən çıxarılmış aktyor Corc Qafarovun baş rejissor Mehriban Ələkbərzadə barədə dedikləri gündəm olub. O, rejissoru aktyorlara qarşı sərt və kobud davranmaqda ittiham edib.

Bu ilin iyununda Akademik Milli Dram Teatrında görkəmli aktyor Ağahüseyn Cavadovun 120 illik yubileyi zamanı da qalmaqal yaşandığı mətbuatda bildirilir. Belə ki, yubiley tədbirində mərhum aktyorun qohumları ilə teatr rəhbərliyi arasında qalmaqal yaranıb. Yubileyin, sərəncama əsasən, geniş şəkildə və teatrın səhnəsində keçirilməsi nəzərdə tutulsa da, bu belə olmayıb. Məlumatlı mənbə mətbuata bildirib ki,  rəhbərliyin göstərişinə əsasən, tədbirin səhnədə deyil, foyedə keçirilməsi Ağahüseyn Cavadovun qohumlarının etirazına səbəb olub. Bundan sonra mədəniyyət ocağının süpürgəçiləri və digər texniki işçilər də mərasimə cəlb olunublar ki, daha "sanballı" ab-hava yaransın. Amma bundan sonra vəziyyət bir qədər də dramatikləşib. Qohumlar teatrın rəhbərliyinə "heç olmasa ayrılan pulu yubileyə sərf edərdiniz, qonaqlar dəvət edərdiniz, belə yubiley kimə lazımdır?!" - deyərək teatrı tərk ediblər. Bu fikirlər də mətbuatda yer alıb. 

Bu günlərdə isə teatrda növbəti qalmaqal baş verib. Bu barədə yerli medaiada ilginc məlumatlar yer alıb. 

Mətbuatın yazdığına görə, bir neçə gün əvvəl “Azdramada” rejissor işləmiş və hazırda xaricdə yaşayan Əlif Cahan öz sosial şəbəkə hesabında teatrın aktyorlarından biri, Ziya Ağanın səsini yayıb.

Ziya Ağa həmin səs yazısında öyünərək nazirliyə və bəzi rəhbər işçilərə ünvanlı nalayiq ifadələr işlədib. Əlif Cahan bu səsi yayaraq, "işçiyə tərəfkeşlik edəndə, qudurdanda belə olur" - deyərək şərh edib.

Cavid Zeynallı: “Ziya Ağanın öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilib” 

O da bildirilir ki, bu məsələ ilə bağlı tearda iclas keçirilib və aktyorla bağlı tədbir görülüb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ilə əlaqə saxladıq. C.Zeynallı “Bakı-Xəbər”ə açıqlamasında teatrda qalmaqal baş verdiyini təsdiqləməsə də, amma bildirdi ki, aktyor Ziya Ağa artıq bu teatrda işləmir. “Ziya Ağanın öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilib”-deyə C.Zeynallı bildirdi. Amma Ziya Ağanın hansı səbəbdən işdən çıxmaq barədə ərizə yazdığını açıqlamadı. Geniş açıqlama vermək istəməyən müsahibimiz “Bizim cavab ancaq budur”-dedi. 

O, həmçinin qeyd etdi ki, teatrda işlər öz axarında davam edir: “Teatrda yaradıcı həyat qaydasında və ən yüksək şəkildə davam edir. Kollektiv üç gün əvvəl Sankt-Peterburqdan böyük bir festivaldan qayıdıb. "İblis və..." tamaşasının premyerası Aleksandrinski Teatrında olub. Bu, çox ciddi hadisədir.  

Hazırda yeni tamaşalar üzərində iş gedir. Heç bir qalmaqal, narahatlıq yoxdur”.

Bəzi məlumatlara görə, Ziya Ağanın Əlif Cahan tərəfindən yayılan səs yazısı teatrda hay-küy yaradıb və rəhbərlik aktyorun işdən çıxarılması məsələsini qoyub. Aktyorun “Azdramadan” uzaqlaşdırılması barədə qərar isə teatrda yeni mövsümün açılışı münasibətilə keçirilən iclasda verilib. Mətbuata görə, iclasda səs yazısı yayılan Ziya Ağanın məsələsi qaldırılıb və o, işdən azad edilib.

Ziya Ağa: “İndi çəkilişdə olduğum üçün danışmaq imkanım yoxdur” 

Baş verənlərlə bağlı aktyor Ziya Ağanın da mövqeyini öyrənmək istədik. Ziya Ağa “Bakı-Xəbər”ə “Mən hazırda çəklişdəyəm, danışa bilmirəm. Sizi başa düşürəm, açıqlama almaq istəyirsiniz, amma indi çəkilişdə olduğum üçün danışmaq imkanım yoxdur. İmkan tapan kimi özüm sizinlə əlaqə saxlayaram. Mənim fikirlərimə yer vermək istədiyiniz üçün çox sağ olun, sizinlə əlaqə saxlayaram”-deyə bildirdi.   

Ziya Ağa bildirdi ki, baş verənlərlə bağlı açıqlama verəcək, amma vaxtını demədi. Gözləyək, aktyorun açqılaması gələr və məsələnin mahiyyəti aydın olar.

Aktyor geniş açıqlama verərsə, onu da yayacağıq. 

Leyla QARAXANLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031