Fransua Olland da Makrona qarşı çıxdı - xalq onun hakimiyyətinə son qoyulmasını istəyir...
Sosialist Partiyası (PS) və Yeni Xalq Cəbhəsi (NFP) qrupunun Korrezdən seçilmiş deputatı, Fransanın sabiq prezidenti Fransua Olland yeni Baş nazir Mişel Barnyenin hökumətinə qarşı etimadsızlıq təklifinə səs verəcəyini bildirib.
F.Olland Mişel Barnyenin ifrat sağçı Milli Birlik (RN) partiyasının nəzərləri altında sağyönümlü siyasət aparacağını qeyd edib.
F.Olland deyib ki, fransızlar sağçıları hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Yeni Xalq Cəbhəsinə səs veriblər. Xalq istəyir ki, dəyişiklik olsun, alıcılıq qabiliyyəti yaxşılaşsın, pensiya islahatına yenidən baxılsın, daha yaxşı institusional vəziyyət olsun, E.Makronun davamlılığına son qoyulsun. O hesab edir ki, M.Barnyenin gələcək hökuməti xalqın istəyini təmsil etməyəcək.
Fransua Olland qeyd edib ki, Mişel Barnierin təyinatı üçün Marin Lö Pen razılıq verib.
ZÜMRÜD