İran Təhlükəsizlik Şurasının katibi Sankt-Peterburqa gedib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS+ ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedib.
İran Təhlükəsizlik Şurasının rəhbəri Rusiyada olduğu müddətdə digər ölkələrin güc strukturlarının nümayəndələri ilə də görüşəcək. Rusiya tərəfi ilə görüşdə Yaxın Şərq regionundakı vəziyyətə və iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetiriləcək.
Mətləb