Metroda qatarların hərəkətində yubanma olub - səbəbi açıqlandı
Metronun "Qara Qarayev" stansiyasında sərnişinin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, bunun nəticəsində yaşıl və qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.
Mətləb