Hacıqabulda "Jiquli"nin vurduğu velosipedçi 3 gün sonra vəfat etdi
Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb. Hadisə sentyabrın 4-də baş verib. Həmin gün Emil Süleymanov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub. Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb.
Mətləb Salahov