Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Rusiyanın 2022-ci ilin payızında Ukraynada taktiki nüvə silahından istifadə etmə risqinin real göründüyünü, buna görə də prezident Co Baydenin bunun nəticələri barədə xəbərdarlıq etmək üçün onu Kreml nümayəndəsi ilə şəxsən görüşməyə göndərmək istədiyini bildirib.
Londonda keçirilən “Financial Times” qəzet festivalında qonaqların suallarını cavablandıran Berns bu görüşün təfərrüatlarına varmasa da, 2022-ci ilin noyabrında Ankarada Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinlə görüşdüyünü təsdiqlənib.
"Heç birimiz eskalasiya risqini gözardı etməməliyik. Amma bu qılınc zərbəsindən qorxacağımızı da düşünmürəm", - Burns deyib.
ABŞ MKİ direktoru Ukraynanın Kursk vilayətindəki əməliyyatını “əhəmiyyətli taktiki uğur” adlandırıb və qeyd edib ki, ukraynalıların Rusiya ərazisini nə qədər müddətə əlində saxlaya biləcəyi ilə bağlı proqnozlar vermək hələ tezdir.
TAHİR