KÖHNƏ VERSİYA            

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

Image

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycanın xarici siyasət kursu barədə maraqlı paylaşım edib.  

A. Quliyev yazır:  

"Milli maraqlara əsaslanan hərtərəfli balanslaşdırılmış xarici siyasət kursu Azərbaycana dünya birliyində geniş rəğbət bəslənməsinə, ölkənin qlobal nüfuzunun, regional və beynəlxalq məsələlərdə yerinin və rolunun əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxarıb. Ölkənin fəal və praqmatik xarici siyasət kursu həyata keçirməsi müasir geosiyasi, geoiqtisadi şəraitdə yaranan çağırışlara vaxtında və adekvat cavab verilməsini təmin edir, yaşadığımız əsrin dinamik şəkildə dəyişən beynəlxalq siyasi reallıqlarını nəzərə almaqla uğurla reallaşdırılır. 

Təbii ki, xarici siyasətdə başlıca məqsədləri dövlətin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, ölkənin beynəlxalq siyasətdə mövqeyini gücləndirmək, milli və regional təhlükəsizliyin təmin edilməsi üçün ən əlverişli şəraitin yaradılmasına nail olmaqdır. Bunlara paralel şəkildə milli iqtisadiyyatın dinamik inkişafı, demokratik dövlət quruculuğu istiqamətində fəaliyyətin intensiv qaydada davamı, inkişaf etmiş ölkələr cərgəsinə qoşulmaq və bu qəbildən digər nailiyyətlərin əldə edilməsi xarici siyasətin tərkib hissəsində yer alır.  Praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun yürüdülməsi, beynəlxalq norma və prinsiplər əsasında digər ölkələrlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafı artıq Azərbaycanın qlobal səhnədə əsas aktorlardan birinə çevrilməsində mühüm rol oynayıb. Xüsusən də İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabırnda həyata keçirilmiş  birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və bütün torpaqları üzərində suvernliyini bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha güclü hala gətirib. Bunun ümdə səbəblərindən biri odur ki, Azərbaycan son onilliklər ərzində, daha doğrusu " soyuq müharibənin " bitdiyi ötən əsrin 90- cı illərindən sonrakı dövrdə  ərazi bütövlüyünü bərpa etməyi bacarmış yeganə ölkə statusunu qazanıb.. Hətta bu məsələ ilə bağlı Azərbaycana problem yaratmaq istəyənlərin, o cümlədən də Ermənistanın fəaliyyəti ciddi fiasko ilə nəticələndi. 

Sirr deyil ki, Qarabağ iqtisadi rayonunu könüllü şəkildə tərk etmiş  ermənilər və onların havadarları sonradan Azərbaycanı etnik təmzləmədə ittiham etməyə çalışdılar. Ancaq yenə düşünülmüş xarici siyasət nəticəsində tamamilə əks mənzərə alındı. Ermənistanın Azərbaycanın beynəlxalq izolyasiyaya salmağa çalışsa da,  Azərbaycanın erməniəsilli vətəndaşlara mansibətinin nümunəvi xarakteri barədə dünyada fikirlər getdikcə güclənməyə başladı .Artıq Qarabağ iqtisadi rayonundan köç etmiş  erməni faktorunun anti-Azərbaycan təbliğatı və rıaçqı kimi istifadəsinin mümkünsüzlüyü Ermənistan daxil olmaqla dünyada etiraf və qəbul olunur. 

Xarici siyasətdə daha bir uğur ərazicə kiçik olan Azərbaycanın beynəlxalq münasibətlərdə əhəmiyyətinin artması, bununla dünya siyasətinə mühüm tendensiya qazandırmasıdır. Əslində, bu hal dünya siyasəti üçün ciddi bir yenilik də hesab oluna bilər. Məsələ burasındadır ki, böyük dövlətlər böyük siyasi oyunlarında kiçik ölkələrə  passiv “piyadalar” kimi yanaşaraq, onlardan öz məqsədləri üçün istifadəyə daim xüsusi diqqət ediblər. Lakin Azərbaycan bu yanaşmanı alt-üst edə bildi. Ölkəmiz beynəlxalq aləmdə öz milli maraqlarını həyata keçirməyə qadir olan fəal oyunçu nümunəsini ortaya qoydu. Çoxtərəfli diplomatiya sayəsində Azərbaycan göstərdi ki, bütövlükdə beynəlxalq münasibətlərin mahiyyəti üçün təkcə böyük dövlətlərin yox, kiçik ölkələrin də mövqeyini nəzərə almaq lazımdır. Bunun ən yaxşı nümunəsini Azərbycana böyük ölkələrin münasibətində görmək olar. Məsələn, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Fransanın siyasəti ölkəmizin manevrləri sayəsində bumeranq effekti verir. Fransa buna görə təkcə Cənubi Qafqazda yox, daha geniş coğrafiyada problemlərlə üzləşib. Bunun əksinə olaraq, Azərbaycanla dost münasibətində olanlar qarşılıqlı əməkdaşlıqdan daha çox dividend əldə edirlər. Onların sırasında Avropadan olan ölkələrin də sayı yetərincədir. Elə prezident İlham Əliyevin səfərdə olduğu İtaliya buna ən yaxşı nümunələrdən biri kimi göstərilə bilər. Ölkələrimiz arasında əməkdaşlıq bu gün onların özləri ilə yanaşı Avropa məkanında proseslərin inkişaf axarına müsbət istiqamətdə ciddi təsir edir. 

O da xüsusi diqqət çəkən məqamdır ki, Azərbaycanın dünya siyasətində mühüm rolu İtaliyada qəbul olunur. Məhz elə bu səbəbdəndir ki, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı ayrıca sessiya təşkil edilib. Bu mötəbər Forumda prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı Azərbaycana olan ehtiramın, beynəlxalq aləmdə yüksək nüfuzunun  təzahürüdür. Təbii ki, bütün bunlara düşünülmüş və milli maraqlara söykənən xarici siyasət nəticəsində nail olunub. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat logistika layihələri, qurduğu əməkdaşlıq formatları, bəşəri problemlərin, o cümlədən iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlmasına doğru atdığı addımlar dünyada təqdir olunur, Azərbaycanı daha güclü mövqe sahibinə çevirir.

Konkret İtaliyaya gəlincə, iki ölkə arasında münasibətlərinin zəngin tarixi var və onlar daim  səmimi xarakter daşıyıb və artıq strateji əhəmiyyət kəsb edir.

Eyni sözləri br çox digər Avropa ölkələri haqqında da demək olar. Almaniya, Böyük Britaniya, Şərqi Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycanla münasibətlərini yüksək səviyyədə saxlamağa, inkişaf etdirməyə müstəsna önəm verirlər. Eyni ilə Şərq dünyasında, Afrikada, Latın Amerikasında, Şimali Amerikada bu gü Azərbycan böyük nüfuz sahibidir. Hətta bir- birinə düşmən münasibətində olan ölkələr Azərbaycana münasibətdə bunu daim arxa plana atırlar. Rusiya və Ukrayna nümunəsi buna  real faktdır. Təsadüfi deyil ki, buna nail olmağa xidmət edən Azərbaycanın xarici siyasət kursu dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət qiymətləndirilir. Bütün bunlar Azərbaycanı beynəlxalq münasibətlər sistemində daha güclü aktora çevirir.

Təbii ki, yeni dünya düzəninin formalaşması prosesində öz yerini və yolunu yenidən müəyyənləşdirməyə məcbur olan bütün ölkələr başqalarının təcrübəsini öyrənməyə mütləq ehtiyac duracaqlar  Artıq duyurlar da...Bu nöqteyi - nəzərdən Azərbaycanın çoxvektorlu, balanslı və bloklara  qoşulmamaq siyasətinin örnək və təcrübə mənbəyi olacağına söz yoxdur..."

Mətləb







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031