KÖHNƏ VERSİYA            

Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

Image

Kamran Əsədov: “Kişi ibtidai sinif müəllimlərinin çatışmazlığı, uşaqların kişilik inkişafına təsir edə bilər”

Bu gün ölkənin ümumtəhsil məktəblərində çalışan pedaqoji heyətin əksər hissəsini qadınlar təşkil edir. Müəllimlik peşəsini seçən qadınların sayı kifayət qədər çoxdur. Kişi müəllimlər, əsasən idman və hərbi hazırlıq dərslərini tədris edir. 

Maraqlı məqam ondan ibarətdir ki, ibtidai sinif müəllimləri arasında qadınlar üstünlük təşkil edir. Çox nadir hallarda kişi ibtidai sinif müəlliminə rast gəlmək olar. Məlumata görə, ölkə üzrə cəmi 10-12 kişi ibtidai sinif müəllimli var. 

Ümumiyyətlə, ibtidai sinif müəllimliyi ixtisasına sənəd verənlər elə qızlar olur. Bu fakültədə tədris alanlar məhz qızlardır. Vaxtilə orta məktəblərdə tək hərbi, idman dərsi deyil, digər fənlər üzrə də kişi müəllimlər üstünlük təşkil edirdi. Kişi müəllimlərin sayının çox olması tədris alan oğlan uşaqlarının xarekterinin formalaşmasına da təsir edir. 

“Erkən yaşlarda uşaqlar həm qadın, həm də kişi müəllimlərin fərqli yanaşmalarını görərək daha balanslı inkişaf edə bilərlər” 

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Azərbaycanda 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirilir: “Hazırda Azərbaycanın 4430 ümumtəhsil məktəbində çalışan 149 min 602 nəfər müəllimin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir. Əlbəttə ki, müəllimlərin əmək haqqı məsələsi kişilərin bu peşəyə marağına təsir edən birinci amildir. Müqayisə üçün deyim ki, Fransanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə aylıq 2200 avro maaş verilir. Almaniyada müəllimlər 6000 avro əmək haqqı alır. Böyük Britaniyada müəllimlərin aylıq maaşı 5, ABŞ-da isə 4-5 min dollar təşkil edir. Finlandiyada müəllimlərin əməkhaqqısı 3900 avro, Yaponiyada 5250 avrodur. Bu ölkədə müəllimlik ən prestijli, hörmətli peşə hesab olunur, ən yüksək maaş müəllimlərə verilir. Avstraliyada isə müəllimlər ayda orta hesabla 2500 dollar maaş alırlar. Sözügedən ölkələrlə müqayisədə Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlər çox aşağı əmək haqqı alırlar. Yaponiya, Sinqapur, Finləndiya kimi inkişaf etmiş ölkələrdə təhsil birinci, iqtisadiyyat isə ikinci sıradadır. Azərbaycanda isə iqtisadiyyat ön sırada, təhsil isə ikinci planda yer alır. Fikrimcə, ölkədə təhsilə baxış dəyişməlidir. Müəllimlik peşəsinə lazımi dəyər verilməlidir. Əgər müəllimin əziyyətinə qarşılıq ona maddi və mənəvi haqqı verilərsə, o da canla-başla öz peşəsini layiqincə icra edər”.

Həmsöhbətimiz hesab edir ki, məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var: “Şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli, bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var.

Bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər. Elə məktəblər var ki, orada hərbi hazırlıq və idman dərslərini qadınlar keçir. Mənim fikrimcə, bu düzgün deyil. Hərbi hazırlıq dərslərini məktəblərdə yalnız kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların paralel şəkildə həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha düzgündür. Ailədə uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv ancaq qadınlardan ibarətdir və burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə  çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrində kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var”.

Kişi ibtidai sinif müəllimlərinin çatışmazlığına gəlincə, ekspert bildirdi ki, bu hal erkən yaşlarda kişilərin tərbiyə və təhsil almasına müsbət təsir etməyən bir məsələdir. Bu vəziyyətin uzunmüddətli sosial və təhsil təsirlərini nəzərə alaraq, bəzi aspektlərə diqqət yetirmək və müvafiq tədbirlər görmək lazımdır: “Erkən yaşlarda uşaqlar həm qadın, həm də kişi müəllimlərin fərqli yanaşmalarını görərək daha balanslı inkişaf edə bilərlər. Kişi müəllimlər, xüsusilə oğlan uşaqlarının kişilik modellərini mənimsəmələrinə kömək edir. Müəllimlik peşəsinin cazibədar hala gətirilməsi üçün maliyyə stimulları və digər dəstəklər təqdim olunmalıdır. Kişi müəllimlərin inkişafı və təhsili üçün xüsusi proqramlar hazırlanmalıdır. Müəllimlik peşəsinin prestijini artırmaq və daha çox kişiləri bu sahəyə cəlb etmək üçün təhsilin keyfiyyətini artırmaq və tədris proqramlarını yeniləmək vacibdir. Zənnimcə, ibtidai siniflərdə kişilərin və qadınların fərqli pedaqoji yanaşmalarını nümayiş etdirən proqramlar tətbiq edilməlidir. Bu, uşaqların daha geniş rol modelləri ilə tanış olmasına kömək edə bilər.  Kişi müəllimlərin təhsildəki rolu və əhəmiyyəti haqqında ictimai tədbirlər keçirilməlidir. Bu, kişilərin ibtidai sinif müəllimliyi sahəsinə marağını artırmağa kömək edə bilər”.

Ekspertin fikrincə, kişi ibtidai sinif müəllimlərinin çatışmazlığı uşaqların kişilik inkişafına təsir edə bilər. Bu məsələnin həlli üçün çoxsaylı yanaşmalar tələb olunur, o cümlədən müəllimlərin cəlb edilməsi, sosial və emosional inkişaf proqramlarının tətbiqi, və cəmiyyətin maarifləndirilməsi: “Müxtəlif rol modellərinin təqdim edilməsi və kişilərin təhsil sahəsində daha aktiv iştirakını təmin etmək üçün müvafiq tədbirlər görülməlidir”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031