Şirvanda dələduzluqda şübhəli bilinən şəxs yaxalanıb - DİN-dən AÇIQLAMA
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib. A.Əliyev zərərçəkənlərdən “beh” qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra onlarla əlaqəni kəsib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mətləb