KÖHNƏ VERSİYA            

Parlamentdə Makronun vaxtından əvvəl istefaya göndərilməsi prosesinə start verildi...

Image

İdarəçiliyi dövründə Fransanın beynəlxalq nüfuzuna ciddi zərbə vurmuş Fransa prezidenti Emmanuel Makron ölkə daxilində də çoxsaylı problemlər yaradıb. Artıq Fransada bu fonda idarəçilik böhranı, siyasi müstəvidə dərin ziddiyyətlərin yarandığı müşahidə olunur. Fransanın baş nazirinin təyin edilməsi üçün Emmanuel Makron hələ də müvafiq addımlar ata bilmir. Halbuki, hökumət ölkədə 50 gündən çoxdur ki, istefa verib.

Bunlar fonunda “Guardian” qəzeti yazır ki,  seçkilərdə “alçaldılmış” prezident təvazökarlığı öyrənməlidir: “Parlament seçkilərində hakim koalisiya üçüncü yeri tutub. Bu fonda Emmanuel Makronun solçu azlıq hökumətini qəbul etməkdən imtina etməsi səhvdir. Amma Makronu ən çox mandat qazanan partiyanın namizədini irəli sürməyə məcbur edən və ya qərar üçün vaxt çərçivəsini müəyyən edən heç bir qayda yoxdur. Bu da hökumət böhranı yaradır”. Elə bu vəziyyətdə 80-dən çox deputat Emmanuel Makronun iqtidardan uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb. “Franceinfo” radiostansiyasının  məlumatına görə, sənədi “Yeni Xalq Cəbhəsi” sol blokundan olan 81 deputat, həmçinin “Yaşıllar” və “Sol Demokratlar və Respublikaçılar” qrupundan olan bir sıra digər deputatlar imzalayıb. Xatırladaq ki, “İtaətsiz Fransa” avqustun sonunda Makronun iqtidardan uzaqlaşdırılması proseduruna başlayıb. Bu partiyanın parlament fraksiyasının rəhbəri Mathilda Panonun verdiyi məlumata görə, prezidentin impiçmenti barədə qətnamə layihəsi Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb. Fransanın keçmiş baş naziri Eduard Filipp Emmanuel Makronun istefasının və 2025-ci ildə növbədənkənar prezident seçkilərinin olacağını bildirib. Filippin prezident seçkilərində namizədliyini irəli sürməyə hazır olduğunu açıqladığı bildirilir. Hazırda Fransanın keçmiş baş naziri Havr şəhərinin meri vəzifəsini tutur və Makronla münasibətləri gərgindir. Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri Fransanın baş nazirinin təyin edilməsi üçün Makrona təzyiqlər barədə məlumat yayıb. Nəşrin yazdığına görə, hətta onun öz müttəfiqləri də Fransa liderinə təzyiqlər edir. Makronçular Eduard Filippin  bəyanatını “arxadan vurulan bıçaq zərbəsi” hesab edirlər və media Beçinci Respublika tarixində buna bənzər başqa bir hadisəni xatırladır: Fransanın əfsanəvi rəhbəri general Şarl de Qoll ilə Jorj Pompidu arasında baş verənlər bunun analoqu kimi qiymətləndirilir. Şarl de Qollun dövründə baş nazir vəzifəsində çalışmış Jorj Pompidu 1969-cu ildə Romada rəsmi səfərdə olarkən bir neçə jurnalistə demişdi: “Heç kimə sirr deyil ki, prezident seçkilərində namizəd olacağam”. Həmin vaxt Şarl de Qollun səlahiyyət müddətinin başa çatmasına 3 il qalsa da, Jorj Pompidu ölkədə referendum keçirilməsinə nail oldu. Nəticədə de Qoll referendumda məğlub olduqdan sonra vaxtından əvvəl vəzifəsindən istefa verdi. Fransa mətbuatı xatırladır ki, prezidentlə münasibətləri son illərdə “xeyli dərəcədə soyumuş” Eduard Filip Jorj Pompidunun qızğın pərəstişkarıdır və əslində 1969-cu ildə baş verənlərin təkrarlanmasına çalışır.

Belə bir vaxtda ölkə iqtisadiyyatında baş verənlər də Makronun əleyhinə işləməkdədir. Məsələn, artıq bəllidir ki, Fransada əlavə gəlir mənbəyi tapılmazsa, büdcə kəsiri bu il və gələn il arta bilər. Ölkənin Maliyyə Nazirliyi qanunvericilərə ünvanladığı məktubda bu xüsusda xəbərdarlıq edib, qeyd edib ki, avrozonanın ikinci ən böyük iqtisadiyyatı siyasi və iqtisadi böhrana qərq olur. Maliyyə kəsiri o deməkdir ki, istənilən yeni hökumət xərcləri azaltmaq və vergiləri artırmaq məcburiyyətindədir. Bu fonda Fransanın Avropa İttifaqı tərəfdaşlarının və maliyyə bazarlarının etibarını itirməsi də qaçılmaz görünür. Xəzinədarlıq Departamenti tərəfindən millət vəkillərinə göndərilən sənəddə dövlət sektorunun büdcə kəsirinin bu il ümumi daxili məhsulun 5,6 faizinə çatması risqinin olduğu göstərilib. Milli Assambleyanın maliyyə komitəsinə sədrlik edən solçu deputat Erik Kokerel gələn il hökumətin 4,1 milyard avroluq kəsir hədəfinə çatmaq üçün 60 faiz qənaət tələb edəcəyini əsas gətirərək, 2025-ci ildə büdcə kəsirinin 6,2 faizə çata biləcəyini də istisna etməyib. Bir sıra əsas vergilər, o cümlədən gəlir, korporativ və əlavə dəyər satış vergiləri üzrə yığımlar isə gözlənildiyindən zəif olub. Erik Kokerel əlavə edib ki, Fransanın Yeni Kaledoniya ərazisində təhlükəsizlik böhranı və bu il keçirilən növbədənkənar parlament seçkiləri əlavə xərclərə səbəb olub. Vəzifədən çıxan maliyyə naziri Bruno Le Maire Fransa üçün büdcə kəsirlərinin  nəzarətdən çıxmasının qarşısını almağın tamamilə vacib olduğunu bildirir. Onun sözlərinə görə, belə vəziyyət Makron dövründə ardıcıl vergi endirimlərinin nəticəsidir və indi xərcləri azaltmaq əvəzinə vergiləri artırmaqla durum düzəldilə bilər. Həm bu il, həm də gələn il iqtisadi artımı 1 faiz proqnozlaşdıran Le Maire gəlir çatışmazlığını kompensasiya etmək məqsədilə bu il üçün 16,5 milyard avro xərcləmənin artıq dondurulduğunu söyləyib. Fransa uzun müddətdir ki, üzv dövlətlərdən büdcə kəsirini ümumi daxili məhsulun 3 faizindən az saxlamağı tələb edən Avropa İttifaqı qaydalarını pozur. Onun ÜDM-in 110 faizini təşkil edən ümumi borcu da Avropa İttifaqı qaydalarını pozan haldır. Makronun dövründə ev təsərrüfatları, şirkətlər və kapital gəlirləri üzrə vergi endirimləri illik gəlirləri on milyardlarla avro azaldıb. Bu da ölkədə iqtisadi böhrana rəvac verir. Bu durumda Makron 2017-ci ildəki ilk seçkisindən bəri tətbiq etdiyi biznes yönümlü islahatları geri götürmür. Müxaliflər buna qarşı olduğundan, prezident onlarla məsləhətləşmələr sayəsində baş nazir tapmaqda çətinlik çəkir. Vaxt daralır, çünki qanuna görə, hökumət büdcə layihəsini oktyabrın 2-dək qanunvericilərin müzakirəsinə təqdim etməlidir. Amma baş nazirin yoxluğu bunu çətinləşdirir. Ölkə təkcə siyasi yox, iqtisadi böhrana da yuvarlanır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031