KÖHNƏ VERSİYA            

Atanlar və atılanlar- Yunus Oğuz yazır

Image

Yunus Oğuz 

Felyeton

Ordan-burdan silsiləsindən

Yadda saxlayın, atanların ən böyük silahı Yalandır. Özü də bu Yalanı elə inamla yanındakına yedizdirməlisən ki, onun söhbətə şəkki-şübhəsi qalmasın. Yalan doğrunun başından elə basmalıdır ki, özü daima üzdə qalsın, axı  p...x batmır.

İndi cəmiyyət o qədər yalan danışmağa başlayıb ki, heç düz danışana da inanmırlar. Yalan doğrunun dizini qatlayıb, çökdürüb. O atalar misalı var e, "Yalan ayaq tutaq, yeriməz", hə onu deyirəm, indi yalan ayaq tutub daha yerimir, qaçır. Doğru da diz çökdüyündən heç ayağa dura bilmir, nəinki onun dalınca getmək, çatmaq. Bax, belə cəmiyyətdə yaşayırıq. Ər arvadı aldadır, arvad ərini, uşaqlar da hər ikisini. Çünki körpə gözünü açandan ata-ana uşağı aldatmağa başlayır. Uşaq ağlı kəsən kimi ona deyirlər ki, səni hacıleylək gətirib, ya da kələmin içindən tapmışıq. Bazara bağlı olan valideynlər "səni bazardan almışıq" cümləsini işlədirlər. Uşaq da sevincək buna inanır, yəni aldanır. Əsas odur ki, yalana könüllü inananlar var və bunu normal qəbul edirlər. Cəmiyyət atanlar və atılanlara bölünüb. Qəribəsi də odur ki, bir müddət keçir, atılanlar özləri atanlara çevirilirlər. Beləcə illərin fəsilləri dəyişdiyi kimi bunlar da tez-tez yerlərini dəyişirlər, bununla da cəmiyyətin dinamikliyini saxlayırlar. Bax, lap elə bu yaxınlarda deputatxanaya seçki keçirilməsi üçün təbliğat başladı, nə başladı. Yalanın qiyməti yeddi il bundan öncəsi manatın dəyərdən düşməsinə bənzədi, nə bənzədi. Biri dedi, yol çəkəcəm, o biri dedi, qaz gələcək. O namizəd, bəlkə ürəyində tutub ki, buralarda bir qaz ferması açsam, yaxşı qazanaram, axı gecə-gündüz qabırğasına döşədiyimiz Fransada qazın pörtdənəyi üz yüz avrodur. Bah, qaz vurub, qazan dolduracaq. Xalqa da üç barmağının konfiqurasiyasını göstərəcək. Üçüncüsü deyirdi ki, nə dərdiniz var, mənnikdir. Qapılarım üzünüzə həmişə açıqdır. Belə vədlər o qədər olur ki, (nə bilim pensiya verdirəcəm, uşağını instituta düzəldəcəm və sairə) atılanlar, yəni seciçilər buna gözüyumulu inanırlar, hə burada atılanların işləri başlayır göyərməyə.  Atılan, yəni seciçi gəlib durur namizədin yanında, bir-iki selfi çəkdirir, sonra düşür rayonun canına. Əgər namizəd deputatxanaya üzv olarsa, atılanın çiçəyi çırtlayır. Atılandan çevrilir atana. Ona - buna iş düzəltməyə söz verir, amma qiymətini deyir. Ayə, ay camaat, bu namizəd yol, qaz çəkəndir, su verəndir? İndi ən çox daş-başı elə bu sahələrdən qazanırlar. Bunun imkanı vardısa, namizədlikdə nə iti azmışdı? Bəs görmədin, keçən dəfə neçə deputat vəzifənin yaxasından tutub gecə-gündüz yatmadı. Aldığın alan aldı, ala bilməyən isə bu dəfəki seçkiyə qayıtdı, yəni deputatxanaya. Bə, nə bilmişdiniz, deputatlıq tramplindən suya, yəni vəzifəyə kəllə vurmaq kimi bir şeydir. Ta, orasını deyə bilmərəm ki, kimisi suya başı üstə, kimisi ayağı üstə, kimisi də böyrü üstə düşür.

Qoy bir Molla Nəsrəddindən də deyim. Mollanın qarnı quruldaya-quruldaya girir bazara. Aclıqdan başı hərlənir, gözlərinə tor gəlir, amma pulu olmadığından ona heç kim heç nə vermir. Molla hirslənir, deyir ki, gör başınıza nə oyun açacam. Çıxır bir daşın üstünə qışqırır:

-Ey cümlə, filan yerdə ehsan verirlər.

Əhali himə bəndmiş kimi iş-gücünü atıb gedir, molla göstərən ünvana. Molla görür ki, bazar boşaldı. Axırıncı gedəni saxlayıb soruşur ki, hara gedirsən? O da cavab verir ki, ehsana. Molla da fikirləşir ki, bəlkə doğrudan ehsan verirlər, düşür yolun ağına.

Bah, yalan bu boyda olar, e.., özü uydurduğu yalana, özü də inanır.

Hə, indi keçək, müasir yalana oxşayan lətifəyə. Gülməyin, hər lətifənin kökündə bir həqiqət var. Bir bərkgedən vəzifədə olanda o qədər yalan danışırmış ki, elədiyi hərəkətlərə həmişə haqq qazandırırmış. Burda bir yalan, orda bir yalan, bir sözlə, yalanın başı ərşə dayanıbmış. Atana atıb, alana satıb. Yuxarıdan da buna təpinəndə deyirmiş ki, gedib Rəhbərin qəbri önündə özümü yandıracam. Nə isə bunu birtəhər bişim-bişimlə işdən çıxarırlar. Bu da gedib topdağıtmaz varını xırda-xırda xərcləyir. Amma, bir gün hiss edir ki, vaxt-vədə yetişib, vəsiyyət etmək lazımdır. Son anda super bir gediş etmək istəyir. Qohum-əqrabanı başına yığıb, üzünə ölü rəngi verərək vəsiyyət edir:

-Son vəsiyyətimi sizə edirəm. Məni rəhbərimin ayaqları altında basdırın, nə qədər pul lazımdır, "uf demədən" xərcləyin, amma bir şərtim var, yanıma bir kanistr benzin, bir dənə də alışqan qoyun.

Bunun bir baməzə bacanağı varmış. Soruşur:

-A, qıvlasız, kanistri neynirsən?

Eks məmurun dodaqlarının ucu qaçır.

-Əgər rəhbərin ayaqları altında dəfn edilməyimə icazə verməsələr, özümü yandıracam.

Bacanaq yenə atmacasından qalmır:

-Bə, alışqanı neyləyirsən? O qədər yalan danışmısan, atmısan ki, onsuz da cəhənnəmə düşəcəksən, ta orda sənə benzin, alışqan lazım olmayacaq. Bunlarsız da tüstün ərşə dayanacaq.

Eks məmur bacanağının düz gözlərinin içinə ciddi-ciddi baxıb cavab verir:

-Səy-səy danışma, məgər şiələrin cəhənnəmi var? Onlar hamısı cənnətə düşürlər. Mən dediyim kimi vəsiyyətimi həyata keçirin. Bax, özünün uydurduğu yalanlara özü də belə inanırmış.

İndi də keçək cəmiyyətdə baş alıb gedən ənənəvi yalanlara, yaxud atanşiklərə. Bunlar çoxdur, ancaq mən ən məşhurlarını sadalayacam.

1.Mənə filan qədər pul lazımdır, uzağı on günə qaytaracam. - Ta deynən qaytarmayacam da.

2. O gəlinim yox, qızımdır. - Yalan deyir, gəlinindən zindi zəhləsi gedir.

3. Yaxşı olmadı, gərək evə keçəydin. - Ürəyində deyir ki, ə, çıx get də.

4. Qız: Çox yerdən istəyirdilər, özüm getmədim. - Qiymətini qaldırır.

5. Beş dəqiqəyə çatıram. - Hələ evdən, ya da iş yerindən çıxmayıb, yaxud hardasa yeyib içir.

6. Bu yaxşılığını heç vaxt unutmayacağam. - Artıq unudub.

7. Taksi sürdüyümə baxma, iki diplomum var. - Heç attestatı da yoxdur.

8. Sən qardaşsan. - Ay, hay, qardaşa bax.

9. Filan nazirin evində malyar işini mən görmüşəm. - Deməli sən suvaqçı (malyar) deyilsən. Usta körpünün altında dayanıb iş axtarmaz.

10. Sovet dağılanda bankda üç evin pulu batdı. - Heç nəyi yox idi. Sovet vaxtında üç evin pulu bankda olsun, səni də qulaqlayıb aparmasınlar. Kimə deyirsən, ə...

11. O da sənə salam deyir. - Adam salam göndərəni bir ildir görmür.

12. Gedək qonağımız ol. - Nə qonaq, əşi?

13. Qardaşın nə qulluq eləsin? - Cibində bir manat da yoxdur, amma basıb bağlayır.

14. Gərək dünən deyəydin, indi pulum yoxdur. - Mənası odur ki, vermirəm, əkil başımdan.

15. Bir pis xasiyyətim var ki, hamıya inanıram. - Heç kimə inanmır.

16. Səndən söhbət düşmüşdü, səni o qədər təriflədim ki... - Sözsüz.

Ta, yoruldum, arxasını da siz düzüb-qoşun. Elə bilirsiz ki, dünyada atan, atılanlar yoxdur? Ən böyük Atan ABŞ-dir. Bütün dövlətlərə atır. İran, Ermənistan, Rusiya və... öz xalqlarına atırlar.

İndi gördünüz bütün bunların ən böyük silahı Yalandır. Yalansız insanları idarə etmək olmaz! Elə mənim özümü də...








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031