Ermənistan Azərbaycanla imzalanmış delimitasiya ilə bağlı sənədi təsdiqlədi
Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib.
Erməni KİV-i yazır ki, Ermənistan hökuməti Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məqsədilə yaradılmış birgə komissiyaların fəaliyyətini təsdiq etmək qərarına gəlib və sənədi Konstitusiya Məhkəməsinə göndərib.
Nazirlər Kabinetinin iclası canlı rejimində yerli telekanallar tərəfindən yayımlanıb.
Qərar layihəsində qeyd olunub ki, qaydalarda delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin hazırlanması, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi nəzərdə tutulur.
Bildirilir ki, qaydalar və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
ZÜMRÜD