Bir neçə dairədə seçkilərin nəticələri ləğv oluna bilər
Bir sıra dairələrə baş verən qanunsuzluqlarla bağlı sosial şəbəkə platformasında yayılan video görüntülər prosesi aktuallaşdırır
Sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar parlament seçkiləri artıq bir neçə gündür ki, başa çatıb. Ölkəmiz üçün olduqca önəm daşıyan bu siyasi tədbirin nəticələri artıq geniş ictimaiyyət və sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Aldığımız məlumatlarda deyilir ki, üç-beş seçki dairəsində - hansılar ki, oradakı qanun pozuntuları barədə ictimaiyyət arasında ciddi narazıçılıq mövcuddur – artıq seçkinin nəticələrinin ləğv edilməsi gündəmdədir. Çünki bir sıra dairələrdə seçki günü baş verənlərin video görüntüləri, namizədlə və namizədlərin vəkilləri, müşahidəçilər arasında baş verən əlbayaxa, yumruq davaları, bir namizədin digər namizədin əleyhinə onu gözdən salmaq üçün törədilən “karusel əməliyyatları” – bütün bunlar heç şübhəsiz ki, MSK-nın diqqətindən yayınmayıb. MSK-da keçirilən son toplantı zamanı komissiyanın sədri Məzahir Pənahov bu məsələrlə bağlı fikirlərini açıqlayıb. SİTAT: “Biz müraciətləri indi almışıq. Müraciətlər gecikdirilmədən aidiyyəti üzrə dairə seçki komissiyalarına göndəriləcək.” MSK sədri bildirib ki, müraciətlər aidiyyəti dairə seçki komissiyasında araşdırıldıqdan sonra MSK-da baxılacaq.
M.Pənahovun sözlərinə görə, namizədlər müraciətlərini birinci dairə seçki komissiyalarına göndərməlidirlər. O vurğulayıb ki, şikayətçi dairənin qərarından narazı olduğu təqdirdə, MSK-ya müraciət edə bilər. Göründüyü kimi bir ısra dairələrdə seçkinin nəticələrinin ləğv edilməsi aktuallaşmaq üzrədir.
Görüntdüyü kimi, əhalinin ciddi narzaçılığına səbəb olan bir sıra dairələrdə seçkilərin nəticələrinə yenidən baxılması aktuallaşır. Bəs dediyimiz kimi, bir neçə dairədə nəticələr hansı əsaslarla ləğv oluna bilər? Bu o zaman baş verir ki, səsvermə prosesində çoxsaylı və kobud qanun pozuntuları baş verir, hansılar ki, səsvermənin nəticələrinə ciddi təsir göstərir. Bu qanun pozuntuları müşahidəçilər tərəfindən qeydə alınır, sübutlarla birlikdə MSK-ya təqdim olunur. MSK bu faktları araşdırır. Əgər onlar təsdiqlənərsə, dairənin nəticələrinə dair qərar çıxarır. Göründüyü kimi, dairələr üzrə nəticələrin ləğvi orada seçki prosesinin necə keçdiyindən asılıdır. Bir sıra dairələrdəki seçki qüsurları və qanunsuzluqlar barədə də dediyimiz kimi sosial şəbəkə platformasında kifayət qədər video görüntülər mövcuddur. Çox güman ki, həmin dairələr üzrə narazı namizədlər də MSK-ya üz tutacaqlar. Beləliklə yaxın günlərdə bir neçə dairədəki nəticələrin ləğv edilməsi qaçılmaz proses kimi görünür.
Mətləb Salahov