Qırğızıstan öz vətəndaşlarına xəbərdarlıq etdi - Rusiyaya səfər etməyin...
Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə Qırğızıstan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Rusiya Federasiyasına səfər etmək üçün əsaslı səbəbləri olmayan Qırğızıstan vətəndaşlarına tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilir”, - məlumatda bildirilib.
Mətləb Salahov