KÖHNƏ VERSİYA            

Qərbi Azərbaycan hökuməti elan olunan kimi Ermənistanda çaxnaşma başladı...

Image

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik. 

Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda o da qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətinə öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib: “Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”. Bu yanaşma artıq Ermənistanda ciddi narahatlıq predmetinə səbəb olub. Erməni politoloq Armen Baqdasaryan qeyd edir ki, Bakının İrəvandan tələbləri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bitmir: “Azərbaycan təzminat, Qərbi Azərbaycandan olan şəxslərin qaytarılmasını, Ermənistan ordusunun çox kiçik, idarə oluna bilən olmasını və sair tələb edəcək. Həmçinin “Metsamor” AES-in bağlanması da bu tələblər siyahısındadır, bu da mümkündür”. Politoloqun iddiasına görə, hazırda proses Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsi və bunun sənəd üzərində təsbit edilməsi mərhələsindədir. Xatırladaq ki, 300 minə yaxın qərbi azərbaycanlı zorla Ermənistan vətəndaşlığından məhrum edilib. Mövcud məlumatlara əsasən, 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 1000-dən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Amma bu siyahı tam deyil. 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığından zorla məhrum edilməsi, mal-mülklərinin qanunsuz olaraq mənimsənilməsi hələ də müvafiq hüquqi qiymətini almayıb. 

Bütün bunlar fonunda Azərbaycana qarşı Ermənistanda Qarabağ separatçıları vasitəsilə yeni ərazi iddialarına cəhdlər edilir. Qarabağda uzun illər mövcud olmuş və sonda özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın əsas simalarından olan Samvel Şahramanyan və onun kimilərin də yenidən Azərbaycana ərazi iddiaları da bunun təsdiqidir. Şahramanyan bəyan edib ki, “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib: “İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”. Bununla da o, 2023-cü il sentyabrın 28-də qondarma rejimin buraxılmasına dair imzaladığı “fərman”dan imtina etdiyini demək istəyir. Xatırladaq ki, həmin sənədə görə, 2024-cü il yanvarın 1-nə qədər bütün “qurum və təşkilatlar” ləğv edilir, qondarma qurumun mövcudluğu dayandırılır. Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan da separatçılara dəstək verənlər sırasındadır. Bu ünsür qeyd edir: “Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”. Bütün bunlar Qərbi Azərbaycandan olan soydaşlarımızın fəaliyyətlərini bir qədər də gücləndirməsinin vacibliyini ortaya qoyur. Hesab edilir  ki, artıq Qərbi azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Ekspertlərə görə, sözügedən məsələ ilə bağlı yeni formalaşan Milli Məclisin üzərinə də bəzi mühüm vəzifələr düşür. Məsələn, Azərbaycanın yeni tərkibi formalaşmış Milli Məclisində Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Amma prosein miqyasının genişləndirilməsində də ehtiyac var. Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlanılması bu fonda oldquca vacib önəmə malikdir. Qeyd edək ki, ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların qayıdışında maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib. İndi əsas məsələ Paşinyan iqtidarının müvafiq addımlar ataraq Ermənistan ərazisində separatçıları cəzalandırmasıdır. Əks halda Qərbi Azərbaycan hökumətinin təsisi məsələsi qaçılmaz olacaq.

Samirə SƏFƏROVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30