Bazar günü, 20 iyul 2025
     

Qərbi Azərbaycan mühacir hökumətinin gerbi, bayrağı necə olacaq?

Image

"Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdi. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.

Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq..." 

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Mühacir hökuməti necə olacaq? Bunu necə təsəvvür edirlər? Hökumətin xarici əlaqələri necə qurulacaq? Azərbaycan dövləti və hökuməti ilə mühacir hökumətin münasibətləri necə qurulacaq? Mümkündürmü ki, Qərbi Azərbaycan mühacir hökuməti ilə Azərbaycan hökuməti və Azərbaycan dövləti arasında hansısa sənədlər imzalansın? Qərbi Azərbaycan mühacir hökumətinin gerbi, bayrağı necə olacaq?

Məhərrəm Zülfüqarlı: "Azərbaycan hökuməti ilə Qərbi Azərbaycan mühacir hökuməti arasında sənədlər də imzalana bilər" 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, mühacir hökumətlərin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə var, yaradılması planlaşdırılan Qərbi Azərbaycan Mühacir Hökumətinin də bütün hüquqları beynəlxalq aləmdə tanınmalıdır.  "Mühacir hökumətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə var. Məsələn, özümüzdən götürsək, Azərbaycan Xalq Cumhuriyyətinin Məhəmməd Əmin Rəsulzadə başda olmaqla liderləri mühacirətdə fəaliyyət göstəriblər. Eyni zamanda  Polşanın mühacir hökumətinin İngiltərədəki, 1945-1946-cı il Cənubi Azərbaycan hökumətinin Sovet Azərbaycanında fəaliyyətlərini davam etdirməsi buna nümunə olaraq göstərə bilərik. Amma bunlar bizim Qərbi Azərbaycan İcmasının yaradacağı mühacir hökumətdən fərqlidir. Birincisi ona görə ki, bu birbaşa Azərbaycanın özündə fəaliyyət göstərəcək. Azərbaycan Prezidenti də bütün çıxışlarında bəyan edib ki, o təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının hüquqlarını müdafiə edən Prezidentdir. Bu, eyni zamanda Cənubi Azərbaycandakı azərbaycanlılara və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılara aiddir. Burda fəaliyyət daha geniş ola bilər. Azərbaycan hökuməti ilə Qərbi Azərbaycan mühacir hökuməti arasında sənədlər də imzalana bilər. Bu mümkündür. Yəni müəyyən öhdəliklər götürsün. Çünki dünya siyasəti elədir ki, ona uyğun olaraq bu prosesə güclü dəstək də vermək, müəyyən məqamlarda dayanmaq da olar. Ona görə də bunlar sənədlərlə tənzimlənməlidir ki, gələcəkdə mühacir hökumət bu məsələdə bir az passivlik göstərəndə məhz həmin sənədlərə əsaslanıb fəaliyyət daha da genişləndirilsin. Mühacir hökumətinin fəaliyyəti ilə bağlı nə lazımdırsa, onu həyata keçirmək lazımdır. Hesab edirəm ki, mühacir hökumətin xarici əlaqələrinin formalaşmasına Azərbaycanın xaricdəki səfirlikləri də dəstək verməlidir. İndiki dövrdə buna çox böyük zərurət var. Qərbi azərbaycanlıların geri qayıdışı, dədə-baba yurdlarına qayıtması məsələsi aktualdır. Azərbaycan hökuməti də buna hər cür dəstək verməyə hazırdır. Mənə belə gəlir ki, bu kampaniya xarakteri daşımamalıdır, məqsədyönlü bir fəaliyyəti olmalıdır"-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlının bildirdiyinə görə, Qərbi Azərbaycan problemi çoxdan mövcud olsa da, çox təəssüf ki, Sovet hakimiyyətinin qoyduğu qadağalar bu problemin həllinə imkan verməyib. O hesab edir ki, sonradan da Qarabağ problemi bu məsələni bir qədər arxa plana keçirib. M.Zülfüqarlı bildirdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən və 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Qarabağ problemi həll olundu. "Bundan sonra artıq Qərbi Azərbaycan məsələsi aktuallaşdı. Demək istəyirəm ki, bu əvvəldən də aktual olmalı, dünyanın diqqətinə çatdırılmalı idi. Amma çox təəssüf ki, dediyim səbəblərdən bunu etmək mümkün olmadı. Gec də olsa, bu işə başlanılması alqışlanmalıdır. Bunun ən müsbət cəhəti ondan ibarətdir ki, Qərb ölkələri bizim qarşımıza Qarabağdan gedən ermənilərin qayıtması məsələsini qoyursa, biz də Qərbi Azərbaycan məsələsini beynəlxalq gündəmə çıxarmalıyıq. Halbuki, ermənilərin özləri könüllü şəkildə çıxıb gediblər, amma azərbaycanlılar döyülərək, şikəst edilərək, öldürülərək zorla deportasiya ediliblər. Bütün əmlaklarını da itirərək Azərbaycana gəliblər. Amma buna baxmayaraq, beynəlxalq təşkilatların, böyük dövlətlərin qarşısına məsələ qoymalıyıq ki, əgər siz Qarabağdan köçüb getmiş ermənilərin qayıdıb Azərbaycanda yaşamasını istəyirsinizsə, Qərbi Azərbaycandan zorla deportasiya olunmuş azərbaycanlıların da ora qayıtması məsələsinə mütləq baxılmalıdır".

M.Zülfüqarlı hesab edir ki, Qərbi Azərbaycan Mühacir Hökuməti yarandıqdan sonra bu məsələni dövlətimizin daxili siyasi və xarici diplomatiyası nəticəsində dünyanın diqqətinə çatdıra bilərik. M.Zülfüqarlının fikrincə, yeni yaranacaq mühacir hökumətinin özünün atributları, bayrağı, gerbi olmalıdır, bununla bağlı nümunələr var ki, ondan da istifadə etmək mümkündür. M.Zülfüqarlı deyir ki, mövcud örnəklərə baxıb onlardan istifadə etmək olar. "Qərbi Azərbaycan İcması güclü təşkilatdır, onlara yalnız tövsiyələr vermək olar. Orda güclü tarixçilər də, siyasətçilər də, başqa sahələrdə təmsil olunan insanlar da var. Mənim təklifim belədir ki, mühacir hökumətin atributlarında Azərbaycanın üçrəngli bayrağından, səkkiş güşəli gerbindən və ayparadan mütləq istifadə olunmalıdır. Bir də ki, bunun necə olacağına icma özü qərar verə bilər"-deyə M.Zülfüqarlı əlavə etdi.   

Qabil Hüseynli: "Bu mühacir hökumət özünün parlamentini qurmalıdır..." 

Politoloq Qabil Hüseynli də bizimlə söhbətində  "Qərbi Azərbaycan Mühacir Hökumətinin qurulması hələ bir az da gecikib. Çünki Qərbi azərbaycanlıların öz doğma torpaqlarından qovulması prosesinin ən azı yüz illik bir tarixi var. Doğrudur, Sovet hakimiyyəti illərində belə bir ideyanı irəli sürmək mümkün deyildi, ermənilərin narahat olmaması üçün buna Sovetlər imkan verməzdi də"- deyə bildirdi.

Politoloqun fikrincə, bu gün Azərbaycan Prezidenti artıq məsələləri öz axarına salır. Qərbi Azərbaycandan indiyə qədər 6 deportasiya olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, 1828-ci ildən üzü bu yana indi ermənilərin yaşadıqları bütün ərazilərdə azərbaycanlılar yaşayıb və sonra onların hamısı öz doğma yurdlarından deportasiya olunub, sonunci deportasiya isə 1988-1990-cı illərdə olub. Q.Hüseynli qeyd etdi ki, təxmini hesablamalarına görə, həmin torpaqlardan deportasiya edilən insanların sayı 1 milyon nəfərdən  çoxdur. Politoloqun sözlərinə görə, öz yurdlarından qovulmuş Azərbaycan indiki İranın Urmiya şəhərinə, qardaş Türkiyənin Qars, İqdır və başqa bölgələrinə, eləcə də Şimali Azərbaycana sığınıblar. Hazırda Şimali Azərbaycanda Qərbi azərbaycanlıların sayının 1 milyona yaxın olduğunu deyən Q.Hüseynli qeyd etdi ki, bizim ərazilərə gəlmə olan ermənilər rəqəmləri şişirdərək Qarabağda yaşamış ermənilərin sayını 110 min nəfər göstərməyə çalışırlar. "Onlar vaxtilə orada özlərinə qondarma hökumət yaratmışdılar, oyuncaq parlament seçkiləri keçirirdilər, gerb, digər "dövlət atributları" qondarmışdılar, hamısı da uydurma. 

Amma biz haqqımız ola-ola niyə bu işləri görməyək, Ermənistanın indiki ərazisinə iddialarımızı daha möhkəmləndirməyək? Böyük cəsarətlə iki ayağımızı bir başmağa dirəyib deməliyik ki, erməniləri indiki ərazilərə ruslar gətiriblər, ruslar onları qoruyublar, sonradan onların dövlətləşməsinə çalışıblar. Əvvəllər "erməni vilayəti" yaradıblar, sonra da Ermənistan adlı dövlət qurublar. Bunlar məlumdur. 

Qərbi azərbaycanlılar tam əsaslarla, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq özlərinin hökumətini qura bilərlər və qurmalıdırlar. Bu mühacir hökumət dədə-baba yurdlarından qovulmuş, deportasiya edilmiş, uzun illər zillət içərisində yaşamış insanların hökumətinə çevrilməlidir. Bu mühacir hökumət özünün parlamentini qurmalıdır, parlamentə seçkilər keçirməlidir. Yaxud iki variantdan birini seçməliyik: ya parlamentli hökumət, ya da prezidentli hökumət. Parlamentin içərisindən bir nəfəri həmin mühacir hökumətinin perzidenti, başçısı kimi seçməliyik, yaxud da ki, prezidnet seçkiləri də, parlament seçkiləri də ayrı-ayrılıqda keçirilməlidir. Qərbi azərbaycanlıların çoxluq təşkil etdiyi yerlərdə isə bələdiyyələr qurulmalıdır. Məsələn, Tərtər rayonunda əhalinin 65-70 faizi Qərbi Azərbaycandan deportasiya edilmiş adamlardır. Ordan deportasiya edilmiş insanların bələdiyyəsini yarada bilərik. Biz bunu qurmaqla burada  əbədi yaşamaq istəyimizi reallaşdırmaq fikrində deyilik, biz bunu mühacirətdə olan hökumət qaydalarına uyğun hökumət kimi yaratmalıyıq. Hökumətin parlamenti də, prezidenti də, nazirlər kabinetinin üzvləri də, bələdiyyələr də həmişə beyinlərində bu fikri möhkəmləndirməlidirlər ki, onlar bu torpaqlara Qərbi Azərbaycandan zorla qovularaq köçürülüblər, doğma Azərbaycan onlara isti qucağını açıb, günlərin bir günündə şərait olanda onlar yenidən həmin torpaqlara qayıtmalı və o torpaqları isti nəfəsləri ilə qızdırmalıdırlar. Əminəm ki, o gün baş tutacaq..."-deyə Q.Hüseynli bildirdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycanın MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910