"İrəvanda dedilər ki, KTMT Ermənistanı tərk etdi, sonra dedilər ki, təşkilatın daxilində donub qalıblar, bilmək istəyirik ki, içəridə kim var" - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını dondurması ilə bağlı bəyanatını şərh edib.
Zaxarova bildirib ki, bu yaxınlarda İrəvanda elan olundu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan ərazisini tərk edib, sonra danışmağa başladılar ki, bu təşkilatın daxilində donacaqlar: "Kimin kimin içində olduğunu anlamaq istəyirik”.
XİN sözçüsü deyib ki, hər bir söz və ifadə təkcə məna daşımamalıdır ki, bu da son dərəcə vacibdir, lakin əgər bunu məmur deyirsə, o zaman təkcə deyilənlərə görə deyil, həm də onun nəticələrinə görə məsuliyyət olmalıdır.
“İrəvan de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ermənistan rəhbərliyi, fikrimizcə, erməni xalqının maraqlarına zidd olan belə əməkdaşlıqdan geri çəkilmək xətti tutur. Ümid edirik ki, Ermənistanın özünün və bütün regionun gələcək təhlükəsizliyinin maraqlarına uyğun olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində İrəvanla tərəfdaşlıq tamamilə yenilənəcək. Sözlə oynamaq yaxşılığa gətirib çıxarmaya bilər, xüsusən də regionun çox sınaqlarla üzləşdiyini nəzərə alsaq" - Zaxarova bildirib.
TAHİR