Zaxarova hələ də İrəvanın KTMT-də tam iştirakını bərpa edəcəyinə ümid edir...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərə malikdir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.
“Fikrimizcə, Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan bu cür qarşılıqlı fəaliyyətdən imtina etmək xəttinə sadiqdir”, -deyə diplomat bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi İrəvanın KTMT-də tam iştirakının bərpasına ümid edir.
Zaxarova qeyd edib: “Ümidvarıq ki, Ermənistanın özünün və bütövlükdə regionun gələcək təhlükəsizlik maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq”.
ZÜMRÜD