Bakıda qadının çantasından 6500 manat oğurlandı
Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD