"Qələbəmi şəhidlərimizə həsr edirəm" - Paralimpiya çempionu:
“Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan ilk azərbaycanlı parataekvondoçu olduğum üçün çox xoşbəxtəm”. Bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvü İmaməddin Xəlilov (K44, 70 kiloqram) jurnalistlərə açıqlamasında deyib. O, əldə etdiyi nəticəyə görə Azərbaycan xalqına təşəkkür edib:
“Özümlə qürur duyuram. Sosial şəbəkələrdə çoxlu dəstək mesajları alırdım. Bilirdim ki, çempion olacağam. Bu nəticə gələcəkdə digər idmançılar üçün də əlavə stimul olacaq. Qələbəmi şəhidlərimizə həsr edirəm”.
Mətləb Salahov