KÖHNƏ VERSİYA            

Cavidə, Müşfiqə, Cəlilə “gönsüzlər” demək olar? - Elm xadimi aləmi bir-birinə vurdu

Image

“Dilimizdə "gönüqalın" - heyvan dərisini insanın hissiyyatına şamil edən söz var. Mən də analogiya ilə "gönüzərif" sözü uydururam. Dünyanın gəldi-gedəri "gönüqalınlar"ın vecinə deyil, "gönüzəriflər" tuş gəldikləri hər acı sözdən, naqolay hərəkətdən əzab çəkirlər, vaxtsız-vədəsiz infarkta tuş gəlirlər.

Bir də, az təsadüf olunan, yüz ildə bir dəfə dünyaya gələn "gönsüzlər" var. Nəsimi, C.Məmmədquluzadə, Cavid, Müşfiq məhz bu tipli şəxsiyyətlər idi...” Bu fikirləri məqaləsində elm xadimi Qorxmaz Quliyev yazıb. 

Q.Quliyevin bu fikirləri birmənalı qəbul olunmayıb. Ümumiyyətlə, “gönsüz”, “gönsüzlər” sözünün insana aid edilməsinin özü təəssüf doğurur. Bunu hansı mənada işlətməsindən asılı olmayaraq bütün hallarda normal qəbul edilmir. 

Azərbaycan ədəbiyyatının görkəmli simaları, klassikləri Nəsimiyə, Hüseyn Cavidə, Müşfiqə, Mirzə Cəlilə "gönsüzlər" demək nə qədər doğrudur? 

Ziyalılar deyir ki, “gön” sözünün insanlarla nə əlaqəsi var? Nəsimidən danışırsa onun dərisinin soyulmasını desin, “dəri” sözü işlədilsin. 

Q.Quliyevin bu fikrinə ziyalıların münasibətini öyrəndik. 

İdris Abbasov: “Səviyyəli şəxsiyyətlər, mütəfəkkirlər, ədiblər haqqında “gönsüzlər” sözünü işlətmək yolverilməzdir” 

AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasov “Bakı-Xəbər”ə bildirdi ki, ilk dəfədir belə bir ifadə eşidir və onun da konkret şəxsiyyətlərə aid edilməsi mənfi haldır. “Bu sözü birinci dəfədir eşidirəm. “Gönsüz” sözü nə deməkdir, bimirəm. Yaxşı olar ki, o özü bu sözün izahını versin. Dilimizdə “gönüqalın” adam sözü var, amma “gönsüzlər” sözünə rast gəlməmişəm. Məsələn, urvatsız, dinsiz, abırsız kimi sözlər işlənilir, lakin “gönsüzlər”, “gönsüz” sözü işlədirmir. Mirzə Cəlili “gönsüz” yazıçı sayır? Belə çıxır, insana “gönsüzlər” demək olar? Olmaz. Mircə Cəlili, Nəsimini, Müşfiqi, Cavidi “gönsüzlər” kimi təqdim etmək nə dərəcədə düzgündür? Yəni “dərisiz”? O bununla onları tənqid edir, yoxsa tərifləyir? Bizim orfoqrafiya lüğətində də bu sözə rast gəlməmişəm. Bütün hallarda “gön” dəri mənasında başa düşülür. Bu sözü müsbət mənada deməyə çalışsa da xoş ifadə deyil, pis səslənir, qətiyyən qulağa xoş gəlmir. Başqa ifadələr vardı işlədə bilərdi. Tutalım, nəcib insanlar, alicənab, mütəfəkkir və sair. “Gönsüzlər” sözünü niyə işlədib? Əgər “gönüqalın” sözünü işlədirsə və ardınca da “gönsüzlər” sözündən istifadə edirsə, demək onları aşağı səviyyəyə endirir, o şəxsiyyətləri yüksəltmir. Onun klassiklər haqda “gönsüzlər” sözünü işlətməsi pis assosiasiya yaradır, qulağa xoş gəlmir, mənfi hisslər yaradır. O, onlar haqqında “gönsüzlər” sözünü niyə işlədir? Bu bütün hallarda uyğun ifadə deyil. Bu “gönsüzdürsə”, demək onun “gönlü vairiantı da olmalıdır. Gönlülər də heyvanlardır. Yəni sən bunu insan və heyvan olmaqdan ayırırsan? 

Azərbaycanda bəziləri baxır ki, auditoriya safdır, auditoriyanı vicdansızcasına istismar etməyə başlayırlar. Amma onlar onu etiraf etmirlər. O adam özü özünə sual verməlidir ki, kimlərdən danışır?    

Kimisə qaldıranda qaldırırlar, endirəndə də yerə çırpırlar. Bütün hallarda o, yazıda istədiyi sözü işlətməyib. Bu söz çoxlarına xoş gəlmir. Şəxsən mən də eşidəndə söz qulağıma xoş gəlmədi. Səviyyəli şəxsiyyətlər, mütəfəkkirlər, ədiblər haqqında “gönsüzlər” sözünü işlətmək yolverilməzdir. Bu görünür özündən yeni söz icad edib. 

Bəlkə özü bir çıxıb izah etsin, görək nə demək istəyib”-deyə İ.Abbasov bildirdi. 

Əbdül Mahmudbəyov: “Bu ən aşağılayıcı yanaşmadır və özü də kiminsə ləhcəsində deyib” 

Tanınmış kinorejissor Əbdül Mahmudbəyov da “Bakı-Xəbər”ə bildirdi ki, klassiklər barədə bu cür fikirlər işlədilməsi yolverilməzdir. “Çox təəssüflər olsun ki, bu cür ifadələrə rast gəlinir. “Gönsüz”, “gönsüzlər” nədir? Mahiyyətsiz, mənasız, heç nə. Bir sözlə, bu ən aşağılayıcı yanaşmadır və özü də kiminsə ləhcəsində deyib. Bu, içimizdə yaşayan “tayfalara” məxsus sözdür. Bizim dilimizdə “gönsüz”, “gönsüzlər” sözü yoxdur. Mənim 80 yaşım var, uzun ildir dillə məşğul oluram. O boyda müəllimlərdən, alimlərdən bəhrələnmişəm. Dilimizdə “gön” sözü var. Gön də mal-qaranın dərisinə deyirlər. Ən çox da mal dərisinə gön deyirlər. Çünki ondan çarıq və başqa şeylər tikirlər. Gön mal-qara dərsi mənasında işlənilir” - deyə Ə.Mahmudbəyov qeyd etdi.

Əli TURABOV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031